Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:35

Makedoniyada silahlı toqquşma zamanı 5 polis həlak olub, 30-dan çoxu yaralanıb


Macedonia - Macedonian Police Launch Operation Against Armed Group
Macedonia - Macedonian Police Launch Operation Against Armed Group


-
Makedoniyanın Kosova ilə sərhəddə yerləşən şimal bölgəsində “silahlı terror qrupuna” qarşı aparılan əməliyyat nəticəsində 5 polis əməkdaşı həlak olub, 30-dan çoxu yaralanıb.

Bu açıqlamanı Makedoniyanın daxili işlər naziri Gordana Janukovska edib.

Əməliyyat mayın 9-da Kumanova bölgəsində keçirilib. Nazir bildirib ki, silahlı döyüşçülər arasında da həlak olanlar var, amma onların sayını dəqiqləşdirmək mümkün olmayıb.

Onu da qeyr edib ki, toqquşma zamanı 18 silahlı Makedoniyanın təhlükəsizlik qüvvələrini mühasirəyə alıb. Mayın 9-u səhər saatlarından başlayan toqquşma mayın 10-da da davam edib.

Janukovska deyib ki, Kumanovadakı “terrorçu qrup” makedoniyanın dövlət qurumları, ölkədə sülh və stabillik üçün təhlükə yaradıb.

Nazir bildirib ki, sonuncu döyüşçü neytrallaşdırılanadək təhlükəsizlik qüvvələri əməliyyatı davam etdirəcəklər.
ba
Polis döyüşçülərin Makedoniyaya qonşu ölkədən qeyri-qanuni keçdiyini deyir, yerli mətbuat isə terrorçu qrupun daha çox etnik albanların məskunlaşdığı Kosovadan gəldiyini yazır.

XS
SM
MD
LG