Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:30

Türkiyənin keçmiş çevrilişçi prezidenti Kenan Evren vəfat edib


General Kenan Evren

General Kenan Evren

General Evren-in çevrilişi əsnasında 600 min nəfər həbs edilmiş, 50 nəfər edam olunmuşdu.

Türkiyənin keçmiş prezidenti Kenan Evren 98 yaşında Ankarada vəfat edib.

General Kenan Evren 1980-ci ilin 12 sentyabrında dövlət çevreilişi nəticəsində hakimiyyətə gəlmişdi.

1989-cu ilədək prezident olan Evren həmin çevrilişə görə 2014-cü ildə ömürlük həbs cəzasına məhkum edilmişdi.

General Evren-in çevrilişi əsnasında 600 min nəfər həbs edilmiş, 50 nəfər edam olunmuşdu.

Buna baxmayaraq, Evren 2014-cü ildə keçirilən məhkəmədə iştirak etmək durumunda deyildi.

Onun xeyli müddətdir yatdığı xəstəxanada vəfat etdiyi xəbər verilir.

O 2012-ci ildən bəri ağır xəstə idi.

Ekstremistləri asmaq daha münasib idi...

General Evren Türkiyənin tarixində ən qəddar çevrilişə görə heç vaxt peşmançılıq ifadə etməyib.

Təhlilçilər bildirirlər ki, bir çox insanlar ölkəyə sabitlik gətirəcəyini düşünərək həmin çevrilişi dəstəkləmişdilər.

Kenan Evren sosialistlərə, millətçilərə, kürd separatçılara və islamçılara eyni sərtliklə yanaşırdı.

Generalın özü ölkəsinə dinclik gətirdiyinə inanırdı və çıxışlarından birində demişdi ki, siyasi ekstremistləri illərlə həbsxana yedizdirməkdənsə, asmaq daha münasibdir.

Kenan Evren-in çevrilişindən əvvəl ölkədə ifrat sağçı və ifrat solçuların qanlı toqquşmaları gedirdi və ordu belə bir qərar gəlmişdi ki, hökumət vəziyyətlə bacarmır.

Çevrilişin ardınca parlament buraxılmış, general Evrenə yeni konstitusiya ilə 7 illik prezidentlik müddəti verilmişdi.

Yeni Türkiyənin “rəssamı”

Kenan Evren-in nə vaxtsa məhkəmə qarşısında duracağına çox az adam inanırdı, lakin 2010-cu ildə Erdoğan hökuməti tərəfindən Konstitusiyaya edilmiş dəyişiklik onun və çevrilişdə iştirak etmiş başqa hərbçilərin immunitetini ləğv etmişdi.

2014-cü ildə Türkiyə məhkəməsi Kenan Evren-i dövlətə qarşı cinayət ittihamı ilə məhkum etmişdi.

Kenan Evren-in hakimiyyəti dövründə yeni parlament seçkiləri keçirilmiş və Türkiyə Avropa İttifaqına üzvlük üçün müraciət etmişdi.

General Evren-ə təqaüddə olduğu dövrddə iki baş tutmayan sui-qəsd edilib.

General təqaüddə olduğu illərdə rəssamlıqla vaxt keçirirdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG