Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:25

Britaniyada parlament seçkisi Şotlandiyanı müstəqilliyə yaxınlaşdırır


Şotlandiya millətçilərinin lideri Nicola Ferguson Sturgeon

Şotlandiya millətçilərinin lideri Nicola Ferguson Sturgeon

Şotlandiyanın millətçi və separatçı SNP partiyası əyalətdəki 59 mandatdan 56-nı əldə edib. Beləliklə SNP indi Britaniya parlamentində üçüncü böyük partiya olacaq.

Ötən cümə günü Böyük Britaniyada keçirilən parlament seçkiləri hakim Mühafizəkar Partiyanın inamlı qələbəsi ilə başa çatıb.

Lakin bu seçkinin ikinci qalibi də var. Şotlandiyanın millətçi və separatçı SNP partiyası əyalətdəki 59 mandatdan 56-nı əldə edib. Beləliklə SNP indi Britaniya parlamentində üçüncü böyük partiya olacaq.

Şotlandiyanın müstəqilliyi referendumunda məğlubiyyətdən cəmi 9 ay sonra SNP-nin belə qələbəsi çoxları üçün gözlənilməz olub, lakin indi çoxları deyirlər ki, Şotlandiyanın müstəqilliyi məsələsi 2016-cı ildə yenidən gündəmə gələ bilər.

Hərçənd SNP lideri Nicola Sturgeon öz qələbə çıxışında “ayrılmaq” söhbəti etməyib, lakin o deyib ki, London bundan sonra Şotlandiyaya əyalət kimi baxa bilməz.

Baş nazir David Cameron Şotlandiyaya “dünyada mümkün olan ən böyük muxtariyyəti” vəd edib, lakin bir çox təhlilçilər bu qənaətdədirlər ki, şotland və ingilis xalqlarının yolları getdikcə daha çox ayrılır.

Bununla belə bir sıra şərhçilər qeyd edirlər ki, SNP-yə səs verənlərin heç də hamısı Şotlandiyanın ayrılmasına tərəfdar olanlar deyil.

Ortalıqda başqa bir mümkün ayrılıq perspektivi də var. David Cameron elan edib ki, o, Britaniyanın Avropa İttifaqında qalıb-qalmamasına dair referendum keçirəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG