Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:11

Donetsk separatçılarının başçısı Aleksandr Zakharchenko mayın 9-da bildirib ki, sözü gedən iki nəfər casusluqda şübhəli kimi saxlanılıblar.

Ukraynanın şərqində Rusiya meylli separatçılar 10 gün bundan əvvəl əsir etdiləri iki ABŞ humanitar yardım işçisini azad ediblər.

Bu iki nəfər qiyamçıların Beynəlxalq İxlas Komitəsinin ( International Rescue Committee – IRC) Donetskdəki ofisinə basqın zamanı saxladıqları 30 nəfərin arasında idi.

İRC-nin başçısı David Miliband deyib ki, azad olunmuş iki nəfər hazırda “təhlükəsiz yerdə”dirlər.

Cənab Miliband əlavə edib ki, hər gün yüzlərlə humanitar işçi dünyanın müxtəlif yerlərində real təhlükə ilə üzləşir və onların hədəflənməsi beynəlxalq qanunlara ziddir.

Donetsk separatçılarının başçısı Aleksandr Zakharchenko mayın 9-da bildirib ki, sözü gedən iki nəfər casusluqda şübhəli kimi saxlanılıblar.

Zakharchenko iddia edib ki, azad edilən iki işçidən biri Mərkəzi Kəşfiyyat İdarəsinin agenti olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG