Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:57

"Azəriqaz" məhkəmə qərarını icra etmir


Arxiv fotosu
Arxiv fotosu

-

Bakı şəhər sakini Allahverdi Əlisoy "Qaynar xətt"ə şikayət edib. Suraxanı rayon qaz istismar idarəsinin işçisi olan Allahverdi Əlisoyun narazılığı “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyindəndir. Deyir, ASC rəhbərliyi aylardır ki, məhkəmə qərarını icra etmir.

"İstehsalat Birliyi nə dovləti, nə də qanunları saymır. Əgər saysaydı, Bakı Apellyasiya Məhkəməsinin 5 ay əvvəl qüvvəyə minmiş Qətnaməsini icra edərdi. Əvvəllər qızımı boş qalmış Təbii qazın qəbulu və satışı şöbəsində 8-ci dərəcəli texnik vəzifəsinə gotürmürdülər ki, ali təhsili yoxdur. Ancaq 5-ci dərəcəli yerli telefon rabitəsinin telefonçusu yerinə qəbul edirdilər. Sonradan onlara izah etdim ki, siz səhv buyurursunuz, bütün sahələr ücün ümumi olan qulluqçu vəzifələrinin Tarif - İxtisas Sorqu Kitabcasi ( VTİSK ) Azərbaycan Respublikasinin Əmək Məçəlləsinin 57 və 156-cı maddələrinin 2-ci hissələrinin tələblərinə uyğun olaraq hazırlanıb. Burada da göstərilir ki, texnik vəzifəsində işləmək ücün orta texniki təhsil lazımdır. Dərəcə diapozanları isə 4-8-dir. İndi "Azəriqaz" başqa hava çalmağa başlayaraq bildirir ki, həmin yerə əmrin verilməsinə İnsan Resursları Departamenti baxır, Daha anlamır ki, birincisi, məhkəmə qaydasında işə bərpa olunanlar, artıq İnsan Resursları Departamentinə gondərilmədən birbaşa işə qəbul olunmalıdır. İkincisi, əvvəl sizin borcunuz məhkəmənin qətnaməsini icra etməkdir, ondan sonra qeyri-məsələlərə baxa bilərsiniz".

Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədov Qətnamənin icra olunması ücün Suraxanı rayon İcra Şöbəsinə icra vərəqəsi göndərib. Şöbənin böyük icra məmuru Rauf Hüseynov deyir, “Azəriqaz”a işin konüllü icra olunması ücün möhlət verilib. “Azəriqaz” işi icra etməkdən imtina edərsə, qanunla nəzərdə tutulmuş addımlar atılacaq.

XS
SM
MD
LG