Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:05

-

Salyan rayonu, Cəngən kənd sakini Niyaməddin Nağıyev "Qaynar xətt"ə şikayət edib. Onun sözlərinə görə, 4 il əvvəl yerli bələdiyyədən ev tikmək məqsədilə 10 sot torpaq sahəsi alıb. Əlində ona ayrılan torpaq sahəsinə aid bələdiyyə qərarı da var. Evi tikib başa çatdırıb, 2 ildir ki orada yaşayır. Ancaq torpağın sənədini hələ də qaydasına sala bilmir.

“10 sot torpaq sahəsinə görə 1200 manata razılaşdıq. İlkin olaraq onlara çatası olan büdcə köçürməsinin 600 manatını istədilər, mən də verdim. Dedilər ki, 600 manatın qəbzini verəcəyik, yerdə qalan 600 manat bizlik deyil, yuxarılara çatacaq. Sənədləşməyə lazım olacaq qalığı ödəyəndən sonra biz də sənədlərini qaydaya salarıq. O vaxtdan 4 il keçib. Bələdiyyəyə ödədiyim pulun qəbzini ala bilmirəm".

"YONCA ƏKDİYİM SAHƏNİ ƏLİMDƏN ALIRLAR"

Kəndlinin bələdiyyədən narazılığı bununla bitmir. Deyir, 1 il əvvəl eşidib ki, bələdiyyə üzvləri öz adlarına icarəyə götürdükləri 2 hektar əkin sahəsinə təkrar müştəri axtarırlar ki, icarəyə versinlər. O da həmin yerə görə təklif olunan 800 manatı ödəyib ki, əkin sahəsindən 3 il istifadə edə bilsin:

"İcarəhaqqından əlavə 700 manat xərc çəkib sahədə yonca əkmişəm. İndi xəbər yollayıblar ki, başqa yağlı müştəri çıxıb, sahəni “Nurgün Aqro”ya satırıq. Sənə başqa yerdən torpaq tapıb verərik. Belə də özbaşınalıq olar?"

Cəngən kənd bələdiyyəsindən "Qaynar xətt"ə bildiriblər ki, Niyaməddin Nağıyev torpaq sahəsini əvvəlki bələdiyyədən alıb. Hazırkı bələdiyyənin o vaxtkı sənədləşmə işlərindən xəbəri yoxdur. Torpaq sahəsinin icarəyə verilməsinə gəlincə, hansısa bələdiyyə üzvü özünə məxsus hansısa sahəni kiməsə icarəyə veribsə, bunun bələdiyyənin fəaliyyəti ilə əlaqəsi yoxdur. Niyaməddin Nağıyev məsələni şəxsən həmin bələdiyyə üzvü ilə, həm də əgər aralarında icarə müqaviləsi varsa, məsələni hüquq çərçivəsində həll etməlidir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG