Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:00

-

Salyan rayonunun Şəkərli kənd sakini Zülfüqar Rzayev "Qaynar xəttə şikayət edib.

Deməsinə görə, 6 il əvvəl Çuxanlı kənd sakini Aygün Əsgərovadan 2400 manat ödəyərək 12 sot həyətyanı sahə alıb ki, ev tiksin. Sonradan ona məlum olub ki, bu torpaq Aygün Əsgərovaya aid deyilmiş. Şikayətçinin sözlərinə görə, qadın kənd bələdiyyəsinin sədri ilə əlbir olaraq onu aldadıb.

"BAŞÇININ SƏRƏNCAMI VAR"

"Evin tikilməsi üçün Salyan rayon İcra Hakimiyyətinin başçısı 11 noyabr 2009-cu il tarixli, 310 saylı sərəncam imzalayıb. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (İki ay əvvəl bu qurum ləğv olunub) yerli şöbəsi bəzi ilkin sənədləri hazırlayıb təqdim edib. Mən də verilən vədə inanaraq torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin tam hazır olmasını gözləmədən ev tikdim. Bakıda tikintilərdən birində fəhləlik edirəm,qazancımı kəndə ailəmə göndərirəm ki, dolansınlar. Elə işdə olarkən mənə xəbər çatdı ki, min əziyyətlə, borcla-xərclə tikdiyim evi uçurdublar".

Deyir, evi uçurdan da torpağı ona satmış Aygün Əsgərovanın anası olub:

"Demə həmin yerə keçən il yağlı müştəri tapıblar. Aygünün anası sahəni təzədən öz adına sənədləşdirib, üzərindəki mənə məxsus tikilini dağıdıb".

Zülfüqar Rzayev deyir, başına gələnlərlə hər yerə müraciət edib, ancaq faydası olmayıb.

"Özüm borcun-xərcin içərisində, ailəm qapılarda, evim yerlə-yeksan edilib... Dərdimi dinləyən qurum yoxdur".

TORPAQ KİMİN ADINADIRSA...

Salyan rayon İcra Hakimiyyətindən bildiriblər ki, Zülfüqar Rzayevin tikdiyi ev qanunsuz tikilidir. İcra Hakimiyyətindən tikintiyə dair başçı tərəfindən sərəncam verilməsi barədə deyiləni təsdiqləməyiblər.

Hüquqşünas Fuad Hüseynov deyir, torpağın müvafiq sənədləri olmadan icra başçısı tərəfindən tikintiyə sərəncam verilməsi inandırıcı görünmür.

"Hər şey mərhələ-mərhələ həyata keçirilir. Əvvəl torpaq sənədləşdirilir. Sənədləşmə tam başa çatmadanm tikintiyə necə sərəncam verilə bilərdi, sual doğurur. Torpaq şəxsin adına sənədləşmədən "bu turpaq mənə məxsusdur" deyilməsi düzgün deyil. Əsas sənəddir, şifahi danışıqların heç hüquqi əsası yoxdur. Zülfüqar Rzayev məhkəməyə müraciət etmək üçün əvvəl gərək həmin torpaq üzərindəki hüquqi sahibliyi ola. Əgər torpaq başqasının adınadırsa, Zülfüqar Rzayevin həmin torpağa heç bir hüquqi sahibliyi yoxdur".

Aygün Əsgərova isə bildirib ki, Zülfüqar Rzayevlə onun arasında heç bir alqı-satqı, sənədləşmə olmayıb. O, təsadüfən xəbər tutub ki, həmkəndlisi ona məxsus torpağı zəbt edərək üzərində tikinti işləri aparıb.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG