Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 18:43

İranlı uşaqlar analarının buraxılmasını xahiş edirlər


Narges Mohammadi uşaqları ilə birlikdə.
Narges Mohammadi uşaqları ilə birlikdə.

-

Həbsdə olan İran hüquq müdafiəçisi Narges Mohammadi-nin əkiz uşaqları videomüraciət yayıblar.

Video müxalif sahamnews.org saytında yerləşdirilib.

Nobel mükafatçısı Shirin Ebadi-nin təsis etdiyi İnsan Hüquq Müdafiəçiləri Mərkəzinin sədr müavini olan N.Mohammadi mayın 5-də Tehranda həbs olunub və Evin həbsxanasına göndərilib.

«Mənim anam türmədə olmalı deyil», - onun 8 yaşlı oğlu Ali videoda deyir: «Anamın azadlıqda olmaq hüququ var. Mənim anamı görmək hüququm var. Mən hər gün anamın azadlığa buraxılması üçün dua edirəm. O, gedəndən bəri yata bilmirəm».

«…ƏVVƏL ATAMI, İNDİ DƏ ANAMI ALDILAR»

Onun əkiz bacısı Kiana da eyni sözləri deyib: «Anam türmədə olmalı deyil, mən onsuz yaşaya bilmirəm, 4 yaşım olanda atamı uzağa göndərdilər, indi də anamı aparıblar».

O deyir ki, hakimiyyətin siyasi fəalları niyə həbs etdiyini anlamır: «Niyə atamı ölkədən çıxmağa məcbur etdilər, əks təqdirdə biz birlikdə olardıq, xoşbəxt həyat yaşayardıq».

N.Mohammadi-nin əri, tanınmış siyasi fəal Taghi Rahmani dəfələrlə hədələndikdən və həbsə atıldıqdan sonra 2011-ci ildə Fransaya qaçıb. Arvadı N.Mohammadi iki uşağı ilə İranda qalıb.

43 yaşlı N.Mohammadi siyasi məhbuslar və digər insan haqları pozuntuları qurbanları ilə bağı dinc etiraz aksiyalarının mərkəzində olub. O, İranda ölüm cəzasının ləğv edilməsi üçün də səy göstərirdi.

Rəsmilərin ailəsinə bildirdiyinə görə, Narges fəaliyyətinə görə 6 il azadlıqdan məhrum edilib.

N.Mohammadi 2012-ci ildə də bir neçə ay həbsxanada qalıb, o vaxt hüquq müdafiəçisi səhhətində yaranan problemlərə görə zaminə buraxılmışdı.

Shirin Ebadi də daxil olmaqla 250 iranlı fəal və ziyalı Mohammadi-ni dərhal azad etməyə çağırıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG