Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:33

-

ABŞ-ın Azərbaycandakı səfiri Robert Сekuta faşizm üzərində Qələbənin 70 illiyi münasibəti ilə ismarış yayıb.

Cənab Cekuta səfirliyin «facebook» səhifəsində yazır ki, o, bu həftənin əvvəli Azərbaycanın İkinci Dünya müharibəsində qələbəyə verdiyi töhfələr barədə bəhs edən «Bakı hədəfdir: Hitler neft uğrunda müharibəni necə uduzdu» sənədli filminin nümayişinə gedib:

«Müxtəlif mənbələrdən yararlanaraq ərsəyə gətirilən bu film çox maraqlı idi və qələbənin, Azərbaycanda daxil olmaqla, müxtəlif müttəfiqlər tərəfindən verilən töhfələrin sayəsində mümkün olduğunu xatırladır».

Səfirin fikrincə, 70 il bundan öncə baş verən olaylar barədə düşünərkən aydın görünür ki, Qələbə Günü gücün triumfu deyil, məhz transatlantik icmaların səylərinin cəmləşməsi sayəsində Avropada sülh, rifah və sabitlik erasının zəfəridir:

«Birləşmiş Ştatlar bu kimi əlaqələri və ümumi ideyaları dərindən dəyərləndirir və onları gələcəkdə də inkişaf etdirməyə hazırdır. Bu gün biz cəmləşmiş müttəfiqlər tərəfindən verilən qurbanları xatırlayırıq və bizim valideynlərimiz, baba və nənələrimizin təhlükəli və çağırışlı dövrdə etdikləri mühüm işləri yadımıza salırıq. Bu sırada, Azərbaycan da daxil olmaqda, hazırda transatlantik icmanın suveren üzvləri olan keçmiş Sovet respublikaları da var».

Günün bütün mövzuları

XS
SM
MD
LG