Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:51

İran: Qərbi Azərbaycan ostanında iğrtişaşlar niyə baş verib?


Iran -- Photos show Tensions in Iranian mainly Kurdish city of Mahabad, where protesters torched a hotel over the unexplained death one of its female employees. Iran, Mahabad, May 7th, 2015
Iran -- Photos show Tensions in Iranian mainly Kurdish city of Mahabad, where protesters torched a hotel over the unexplained death one of its female employees. Iran, Mahabad, May 7th, 2015

İranın Qərbi Azərbaycan ostanında milliyyətcə kürd olduğu düşünülən gənc qadının müəmmalı qətlində şübhəli bilinən bir nəfərin həbs olunduğu xəbər verilib

İranın Qərbi Azərbaycan ostanında milliyyətcə kürd olduğu düşünülən gənc qadının müəmmalı qətlində şübhəli bilinən bir nəfərin həbs olunduğu xəbər verilib.

İranın hakimiyyət orqanları xəbər verirlər ki, Qərbi Azərbaycan ostanının Mahabad şəhərində bir mehmanxana qulluqçusunun müəmmalı qətlindən sonra baş vermiş iğtişaşların ardınca şübhəli qismində bir kişi həbs edilib.

Müəmmalı ölüm

Ostanın mərkəzi şəhəri olan Mahabadın prokuroru Aslan Heydari İRNA agentliyinə bildirib ki, bu qadının ölümü ilə bağlı məsələ ciddi araşdırılır.

25 yaşlı Farinaz Khosravani mayın 3-də şəhərdəki 4 ulduzlu Tara otelinin 4 mərtəbəsindən “yıxılaraq” həlak olub.

İraq Kürdüstanına aid Rudaw.net internet saytı iddia edib ki, qadının ölümündə müəmmalı məqamlar var və şəhərin kürd əhalisi də məhz buna görə sonradan iğtişaşa çevrilən etirazlara başlayıb.

AzadlıqRadiosu xəbər verir ki, Mahabadda kürd etnik azlığı ilə polis arasında əvvəllər də toqquşmalar baş verib.

Qulluqçunu zorlamaq istəyiblər?

Tara otelinin qarşısına yığılan etirazçılar iddia edirlər ki, Khosrovani oteldə təhlükəsizlik xidmətinin vəzifəli nümayəndəsi tərəfindən zorlanmaya məruz qalmamaq üçün qaçarkən həlak olub.

Etirazçılar bunun intihar hadisəsi ola biləcəyini də istisna etmirlər.

Lakin Qərbi Azərbaycan ostandarının müavini Alireza Radfar deyib ki, hazırda saxlanan şübhəli şəxsin təhlükəsizlik qüvvələri ilə heç bir əlaqəsi yoxdur.

Radfar müxalifəti, “əksinqilabi” qruplaşma və mediaları qızışdırıcılıqda ittiham edib.

Otel yandırılıb

O həmçinin bildirib ki, etirazlar zamanı otelin yandırılması nəticəsində 7 polis də daxil olmaqla 25 nəfər xəsarət alıb.

Otelin yandırılması və etirazlarla bağlı bəzi video və fotolar sosial şəbəkələr vasitəsilə internetdə yayılıb.

Rudaw.net saytının yazdığına görə Mahabadda vəziyyət gərgin olaraq qalır və əslində etirazlarla bağlı qeyri-müəyyən sayda həbs edilənlər var.

Cənab Radfar bu hadisələrlə əlaqədar 5 nəfərin saxlandığını və başqa saxlananların isə az sonra azad edildiklərini bildirib.

Həbslər barədə ziddiyyətli xəbərlər

İraqın Ərbil şəhərində mənzillənmiş ARA News saytı isə bildirir ki, iğtişaşlar zamanı azı iki etirazçı öldürülüb və 50 nəfər yaralanıb.

Sayt İran İnqilab Keçikçilərinin etirazçılara atəş açdığını iddia edib. Bundan əvvəl etirazçılara polisə məxsus iki maşına od vurublar.

Yaralılardan bəzilərinin İmam Khomeini xəstəxanasına yerləşdirildiyi, “37 kürd etirazçının” həbs edildiyi bildirlir.

Mahabadda baş verən hadisələr barədə həmçinin Türkiyənin “Daily Sabah” saytı, Əl-Jazeera şəbəkəsi və “New York Times” qəzeti də xəbər veriblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG