Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:51

Kadyrov polis rəisinə məktəbli qızı özünə arvad etməyə razılıq verdi


Ramzan Kadyrov rəqs edir - 2009
Ramzan Kadyrov rəqs edir - 2009

-

Çeçenistan prezidenti Ramzan Kadyrov Noja-Yurt rayonunun polis rəisi Nazhud Guchigov-a 17 yaşlı məktəbli qızı ikinci arvad etməsinə icazə verib.

«Novaya qazeta» xəbər verir ki, yerli telekanal Kadyrov-un bu izdivaca razılıq verdiyini bildirib. Xəbərdə deyilir ki, Kadyrov adam göndərib qızın valideynlərinin bu toya razı olub-olmadığını öyrənib.

Kadyrov-un da dəvət edildiyi toy mayın 10-da olacaq.

«Novaya qazeta» yazır ki, 57 yaşlı Nazhud Guchigov qızı zorla özünə arvad etmək istəyib. Onun valideynlərinə xəbər göndərib ki, bu izdivaca könüllü razı olsunlar. Valideynlər buna etiraz etmək istəyəndə, onlara təzyiqlər olub. Qızlarını qaçıra bilməsinlər deyə, kəndin girəcəyində post qurulub.

Elə həmin gün polis rəisi «Novaya qazeta»nın jurnalistinə bildirib ki, onun həyat yoldaşı var və Kheda Goylabiyeva ilə, ümumiyyətlə, tanış deyil.

Mayın 7-də məsələyə Ramzan Kadyrov qarışıb.

Rusiyada ikiarvadlılıq qadağandır. Ölkədə nikah yaşı 18-dir. Bir neçə il əvvəl Kadyrov qız qaçırılmasını və nikah yaşına çatmayanlarla evlənməyi qadağan edib.

XS
SM
MD
LG