Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:56

Krımda Stalin-in xatirə lövhəsi açıldı


Stalin-in xatirə lövhəsi - 8 may 2015
Stalin-in xatirə lövhəsi - 8 may 2015

-

Mayın 8-də Krımın Simferopol şəhərində Joseph Stalin-in şərəfinə vurulmuş xatirə lövhəsinin açılışı olub.

«RIA Novosti» bildirir ki, lövhə Krım Kommunist Partiyasının binasına vurulub.

Açılış mərasimində 100-dək adam iştirak edib. Onların arasında İkinci Dünya müharibəsi veteranları da olub. Onlar əllərində SSRİ bayrağı, Qələbə şüarları, Kommunist Partiyasının simvollarını və Stalin-in portretini tutublar.

Rusiya Kommunist Partiyasının Krım təşkilatının sədri Oleg Solomakhin «RIA Novosti»yə deyib ki, onlar xatirə lövhəsini əvvəllər də vura bilərdilər, amma Ukrayna hakimiyyəti bunu qadağan etmişdi. Onun bildirdiyinə görə, Stalin-in Krımda xatirəsini əbədiləşdirmək üçün başqa aksiyalar da planlaşdırıblar.

Rusiya ötən ilin fevralında Krımı ilhaq edib, sakinlərinə Rusiya pasportu paylayıb.

XS
SM
MD
LG