Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:29

«Rus tankları Ağ evdə» videosu ilə bağlı təhqiqat başlandı


Kremlyönlü fəallar Vaşinqtonda Ağ evin üzərinə 9 may paradı haqda filmin proyeksiyasını salıblar.

Kremlyönlü fəallar Vaşinqtonda Ağ evin üzərinə 9 may paradı haqda filmin proyeksiyasını salıblar.

-

Kremlyönlü fəallar Ağ evin üzərinə 9 may paradı haqda filmin proyeksiyasını salıblar.

Amerikanın Federal Təhqiqat Bürosu insidenti araşdırmağa başlayıb.

Kremlyönlü fəallar deyirlər ki, bu, Amerika prezidentinə etiraz aksiyasıdır. Onlar bunu belə əsaslandırırlar ki, Barack Obama 9 may – nasizm üzərində qələbənin 70-ci ildönümü ilə bağlı Moskvada keçirilən parada getmir, üstəlik başqa prezidentlərin də getməyinin qarşısını almağa çalışır.

ABŞ Rusiyanın Ukraynaya təcavüzünün davam etdiyi dövrdə Moskva paradında iştirakı yersiz sayır.

Ağ ev üzərində parad kadrlarını əks etdirən video Youtube-a qoyulub və ona 1 milyon dəfədən çox baxılıb.

Hələ ki dəqiq bilinmir ki, video mantajdır, yoxsa kremlyönlü fəallar doğrudan da Ağ ev qarşısında belə bir hoqqa çıxarıblar.

Amma vəzifəsi həm də Amerika prezidentini qorumaq olan Federal Təhqiqat Bürosu deyir ki, videonun həqiqi olub-olmadığını yoxlayır.

Bu barədə FTB-nin sözçüsü Nicole Mainor AzadlıqRadiosunun mərkəzi xəbər xidmətinə bildirib.

“Əgər Barak Moskvaya Qələbə paradına gəlmirsə, parad Barakın yanına gedəcək” – videoda qeyd edilir.

Videoda Ağ ev üzərinə proyeksiyalanmış kadrlarda Rusiya istehsalı olan müasir silahlar Qızıl meydandan keçir.

Yoldan ötənlər bu mənzərəni telefonlarının videokamerasına çəkirlər.

Rusiya mətbuatı yazır ki, videonu hazırlayanlar kremlyönlü “Naşi” gənclər hərəkatı əlaqəlidir. b. Bu hərəkat özünün sərt anti-Qərb mövqeyi ilə seçilir.

Bu ilin martında Moskvadakı Amerika səfirliyi üzərinə də təbliğat filmi proyeksiya ounmuşdu.

Şərhləri göstər

XS
SM
MD
LG