Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:09

-

"Mənim sevimli yazarlarım daim dəyişir. Bu, həyat yolumun hansı mərhələsində olmağımdan asılıdır.

Hazırda mən Lawrence Durrell, Javier Cercas, Rohinton Mistry və Ali Smith-ə heyranam, yaxud yenidən heyranlıq duyuram".

Britaniyanın "İndependent" qəzetinin "1 dəqiqəlik müsahibə" rubrikasında suallara türk yazarı Elif Şafak cavab verir.

- Indi hardasınız və nə görürsünüz?

- İndi İstanbulda açıq havada kafedə əyləşib Bosfordan keçən müxtəlif ölçülü gəmilərə baxıram. Günəş şəfəq saçır, qağayılar ötüşür, bir qədər aralıda yaşı 6-dan çox olmayan bir dəstə suriyalı uşaq yolun ortasında dilənir, təhlükəli şəkildə maşınların arasında o yan-bu yana qaçışır. Bu, İstanbul üçün tipik bir gündür - gözəllik və kədərin qarışığı.

- Hazırda nə oxuyursunuz?

- J Krishnamurti-nin (hind filosofu - red.) "İlk və son azadlıq" kitabını yenidən oxuyuram. Aldous Huxley-nin gözəl ön sözü ilə.

- Bir sevimli yazarınızın adını deyin və ona niyə heyran olduğunuzu anladın.

- Mənim sevimli yazarlarım daim dəyişir. Bu, həyat yolumun hansı mərhələsində olmağımdan asılıdır. Hazırda mən Lawrence Durrell, Javier Cercas, Rohinton Mistry və Ali Smith-ə heyranam, yaxud yenidən heyranlıq duyuram.

- Adətən yazılarınızı yazdığınız otağı təsvir edin.

- Mən qələbəlik yerlərdə, kafelərdə, restoranlarda, hava limanlarında, vağzallarda və ən çox da içərisini təzəcə bişmiş çörəyin ətri bürüyən şirniyyatxanalarda. Bəzən evdə də yazıram. Xöşbəxtlikdən harda olsam, yaza bilirəm. Bircə sakitlik olmasın. Sükutu sevmirəm.

- Ədəbiyyatda sizə ən çox bənzəyən obraz kimdir?

- Orlando (Virginia Woolf-un eyniadlı romanının qəhrəmanı - red.). Xüsusən də o, Konstantinopoldan qaçıb qaraçılarla birlikdə köçəri həyat yaşamağa başlayanda.

- Ədəbiyyatdan kənarda sizin qəhrəmanlarınız kimdir?

- Mənim "qəhrəmanlardan" heç xoşum gəlməz. Amma bir çox fərdlərə böyük sayqı bəsləyirəm. Həm Şərqdə, həm də Qərbdə. O cümlədən siyasətçiyə - Nelson Mandelaya. Və mistikə - Rumiyə.

Günün bütün mövzuları

XS
SM
MD
LG