Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:54

Angelina Jolie-dən yeni film gəlir


-

Məşhur aktrisa Angelina Jolie-nin sayca 4-cü rejissor işinin ekranlara çıxacağı vaxt bəlli oldu.

Premyerası noyabrın 13-də olacaq film "Dəniz sahilində" adlanır.

Jolie həm də filmdə baş rolu oynayır. Əri Brad Pitt ilə birlikdə.

Filmdəki hadisələr ötən əsrin 70-ci illərində baş verir.

Amerikalı yazıçı öz xanımı ilə birlikdə Fransaya gəlir. Onların münasibətləri gərgindir, amma nikahlarını qorumaq üçün daha bir cəhd edirlər.

"Bu film bir tərəfdən itkilərin ucbatından zəifləyən, o biri tərəfdən isə sevginin gücü ilə çox çətin sınaqdan salamat çıxan münasibətlər haqdadır. Bu, düşdüyün dərdə necə çarə tapmaq, necə sağalmaq və öz taleyinə qucaq açmaq haqda hekayətdir" - deyə Jolie bildirib.

Jolie və Pitt-in Fransada malikanəsi var. Onlar yay aylarını həmin evdə keçirirlər.

Buna görə də fransız mədəniyyəti, elə fransız məişəti ilə də yaxından yanışdırlar. ​

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG