Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:17

.

Bu il 1-ci qrupda altı ixtisas üzrə müsabiqədə iştirak balı qrupdakı digər ixtisaslardan fərqlənəcək, TQDK bu ixtisasların müsabiqə balını ayrıca müəyyənləşdirəcək.

Bu haqda APA agentliyinə müsahibəsində TQDK-nın sədri Məleykə Abbaszadə deyib.

TQDK sədri deyib ki, detallar barədə bakalavriat pilləsinə qəbul qaydaları açıqlananda ətraflı məlumat veriləcək.

Dünya Bankının Vaşinqton ofisinin təhsil üzrə keçmiş məsləhətçisi Rəşad Əliyev AzadlıqRadiosuna bu məlumatı belə şərh edir:

“Təəssüf ki, ictimaiyyətə bu barədə hələlik kifayət qədər məlumat verilməyib. Mətbuatda olan məhdud məlumatlar əsasında belə güman etmək olar ki, tutaq ki, I qrup üzrə müsabiqədə iştirak üçün minimal bal 200-dür, həmin qrupda müəyyən edilmiş altı ixtisas üzrə müsabiqə balı isə 400 olacaq və bu ixtisaslar üçün nəzərdə tutulmuş 30 yer uğrunda müsabiqəyə 400 balı toplayanlar buraxılacaqlar.

Sanki, hökumət həmin ixtisasların nüfuzunu artırmaq və daha hazırlıqlı tələbələri qəbul etmək istəyir”.

İllər üzrə tendensiyaya baxanda məlum olur ki, ixtisaslar üzrə minimal keçid balları və minimal ballar getdikcə düşür.

Məsələn, 2011-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika ixtisasına minimal keçid balı 531, 2012-ci ildə 505, 2013-cü ildə isə 473 bal olub.

1-ci ixtisas qrupunun bəzi ixtisaslarında isə minimal ixtisas balları daha az, keçid balı ətrafında, təqribən 150 bala yaxındır.

TQDK-nın ilk sədri olmuş Vurğun Əyyub deyir ki, qəbulda həm müsabiqə balları, həm də ixtisaslar üzrə keçid balları aşağıdır:

“Biz o vaxt keçid balını 280 bal müəyyənləşdirmişdik. Bu da ümumi 700 balın təqribən 40 faizi demək idi. Əliyev hökuməti dövründə təhsilin səviyyəsinin düşdüyünü ört-basdır etmək üçün bu ballar aşağı salındı.”

Hökumət rəsmiləri özləri də ölkədə təhsilin səviyyəsində problemləri vurğulayır, bu sahədə islahatlara ehtiyacın olduğunu bildirirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG