Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:41

Mayın 7-də Böyük Britaniyada keçirilən parlament seçkilərində baş nazir David Cameronun rəhbərlik etdiyi Mühavizəkarlar partiyası inamlı qələbə qazanıb.

Son məlumata görə, partiya 650 yerlik icmalar palatasında 330 mandat qazanıb.

Onun əsas rəqibi olan Leyboristlər( Əmək) partiyası isə 232 yer qazanıb.

Leyboristlərin lideri Ed Milliband partiyanın sədrliyindən istefa verib.

Baş nazir David Cameron bildirib ki, yaxın illərdə ölkədə Avropa Birliyinə üzvlüklə bağlı referendum keçiriləcək.

O, mayın 8-də kralica ikinci Elizabethlə görüşüb və bundan sonra başqa partiyalarla kolaisiyaya girmədən yeni hökumət yaratmaq fikrində olduğunu bildirib.

Seçkidə son 350 il ərzində ən cavan deputat seçilib.

Seçkidə 20 yaşlı namizəd Mairi Blekin qələbəsi sensasiyaya səbəb olub.

Şotlandiyadakı millətçi partiyanı təmsil edən Mairi 1667-ci ildən bu yana Böyük Britaniyada ən gənc deputatdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG