Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:11

Rusiya ilə Çin iqtisadi əməkdaşlıq razılaşması imzalayıb


Vladimir Putin və Xi Jinping

Vladimir Putin və Xi Jinping

Rusiya ilə Çin mayın 8-də Moskvada iqtisadi əlaqələrin dərinləşdirilməsi barədə razılaşma imzalayıblar.

Sənəddə Sberbankın, Çin İnkişaf Bankında 6 milyard yuanlıq kretid xətti açması nəzərdə tutulur.

Razılşama Çin prezidenti Xi Jinping və Rusiya prezidenti Vladimir Putin arasında aparılan danışıqlar çərçivəsində imzalanıb.

Rusiya prezidenti Vladimir Putin imza mərasimində Çinin bu gün Rusiyanın strateji və vacib müttəfiqi olduğunu bildirib.

Xi Jinping Moskvaya İkinci Dünya müharibəsində qələbənin 70 illiyi ilə bağlı parada qatılmaq üçün gəlib.

Rusiya qələbə gününü mayın 9-da, Avropa ölkələri sə 8-də qeyd edir.

Xi Jinping Vladimitr Putini sentyabrın 3-də Çinə dəvət edib və Putin dəvəti qəbul edib.

Tərəflər bir sıra qlobal məsələləri də müzakirə ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG