Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:28

David Cameron koalisiyaya girmədən hökumət yaratmaq fikrindədir


David Cameron

David Cameron

Mayın 7-də Böyük Britaniyada keçirilən parlament seçkilərində baş nazir David Cameronun rəhbərlik etdiyi Mühavizəkarlar partiyası inamlı qələbə qazanıb.

Son məlumata görə, partiya 650 yerlik icmalar palatasında 330 mandat qazanıb.

Onun əsas rəqibi olan Leyboristlər( Əmək) partiyası isə 232 yer qazanıb.

Leyboristlərin lideri Ed Milliband partiyanın sədrliyindən istefa verib.

Baş nazir David Cameron bildirib ki, yaxın illərdə ölkədə Avropa Birliyinə üzvlüklə bağlı referendum keçiriləcək.

David Cameron mayın 8-də kralica ikinci Elizabethlə görüşüb və bundan sonra başqa partiyalarla koalisiyaya girmədən yeni hökumət yaratmaq fikrində olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG