Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:36

-

«Azərbaycandakı bankların konsolidasiyası baş verdiyi təqdirdə, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) yeni yaradılacaq bankın kapitalında iştirak etməyə hazırdır».

AYİB prezidenti Suma Chakrabarti mayın 8-də Bakıda keçirdiyi mətbuat konfransında belə deyib.

apa-nın məlumatına görə, Chakrabarti söyləyib ki, konsolidasiya prosesinə dəstək məsələsi AYİB-in digər ölkələrdə topladığı təcrübə əsasında həyata keçirilə bilər.

«Biz bu gün Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmovla bir çox məsələləri müzakirə etdik. Müzakirələrin mövzusu ticarətin maliyyələşdirilməsi, enerji səmərəliliyi, kiçik və orta sahibkarlara kreditlərin ayrılması, kapitalda iştirak məsələlərini müzakirə etdik. Bununla yanaşı, AYİB-in bir çox ölkələrdə topladığı təcrübəni nəzərə alaraq, Azərbaycan banklarının konsolidasiyası baş verdiyi halda, bankımızın bu prosesə necə dəstək verəcəyi məsələsini də müzakirə etdik», - S.Chakrabarti bildirib.​

Günün bütün mövzuları

XS
SM
MD
LG