Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:54

Dünya ölkələri Nasist almaniyası üzərində qələbənin 70 illiyini qeyd edir


Foto arxiv

Foto arxiv

ABŞ və əksər Avropa ölkələri mayın 8-də İkinci dünya müharibəsində Nasist almaniyası üzərində qələbənin 70 illiyini qeyd edirlər.

Parisdə naməlum əsgərin qəbrinə əklillər qoyulub. Mərasimdə ABŞ Dövlət katibi John Kerry də iştirak edib.

Almaniyada isə Reyxstaqın qarşısında anım mərasimi keçirilib.

Polşanın Qdansk şəhərində keçirilən mərasimdə isə BMT-nin baş katibi Ban Ki Moon, Avropa Şurasının sədri Donald Tusk, Ukrayna prezidenti Petro Poroshenko, Mərkəzi və Şərqi Avropa ölkələrinin liderləri iştirak edib.

Bu il Ukraynada ilk dəfə olaraq qələbə günü mayın 8-də keçirilib.

Rusiya isə bu günü mayın 9-da qeyd edir.

Almaniyalı general Alfred Jodl 1945-ci il mayın 7-də avropa vaxtı ilə 02:40-da Almaniyanın işğal aktına imza atıb və sənəd mayın 8-i saat 23:01-dən qüvvəyə minib.

Günün bütün mövzuları

XS
SM
MD
LG