Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:44

Bir neçə müxalifət qüvvələrinin birləşdiyi milli Şura mayın 15-də Məshul stadionunda "talana son qoy" tələbi ilə mitinq keçirmək və bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmək qərarına gəlib.

Qərar Şuranın Koordinasiya Mərkəzinin mayın 7-də keçirilən iclasında qəbul edilib.

İclasda əsasən ölkədəki ictimai- siyasi vəziyyət müzakirə olunub, siyasi məhbusların hüquqlarının müdafiəsi yönündə işlərin gücləndirilməsi və ictimai dinləmələr keçirilməsi barədə qərar qəbul edilib.

Milli Şura bundan əvvəl də bir neçə dəfə Məshul stadionunda eyni tələblə icazəli mitinq keçirib.

Şərhləri göstər

XS
SM
MD
LG