Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:44

-

İçərisində diplomatlar olan və Pakistanda qəzaya uğrayan helikopterə minməkdən Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarov son anda imtina edib.

Səfir bunu apa-ya açıqlamasında bildirib.

Onun dediyinə görə, Pakistan baş nazirinin xanımı tərəfindən mayın 8-də Talassemiya Mərkəzində keçiriləcək tədbirə dəvət edildiyi üçün səfirlərlə birlikdə Gilgit-Baltistana uçmaqdan imtina edib:

«Helikopter nasaz olub. Eniş etmək istəyərkən texniki problem yaranıb və məktəblərdən birinin üstünə düşüb. Mənim adım uçanlar siyahısında olub. Xəstəxanalara gətirilən yaralılar arasında olmadığım üçün mənim öldüyümə qərar veriblər və bu gün Pakistanda bir sıra media orqanı məni də hadisədə ölmüş kimi qələmə verib. Sonradan mən onlara zəng edib məsələyə aydınlıq gətirdim».

Səfir bildirib ki, hadisə zamanı Norveç və Filippinin Pakistandakı səfirləri, Malayziya və İndoneziya səfirlərinin isə xanımları ölüb, bir neçə nəfər yaralanıb.

Mayın 8-də Pakistanda göyərtəsində xarici ölkə nümayəndələrinin olduğu «Mi-17» helikopteri qəzaya uğrayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG