Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:24

Böyük Britaniyada keçirilən parlament seçkisində 20 yaşlı namizəd Mhairi Blackın qələbəsi sensasiyaya səbəb olub.

O 1667-ci ildən bu yana Böyük Britaniyada ən gənc deputat olub.

Mhairi Şotlandiyadakı millətçi partiyanı təmsil edir.

Bu arada bir sıra Britaniya qəzetlərimühavizəkarların parlamentdə böyük çoxluq təşkil edəcəkləri barədə ekzit-polun nəticələrini şübhə altında qoyublar.

Bir sıra sosioloji xidmətlər nəticələrin həqiqiliyini şübhə altında qoyurlar.

CNN-in məlumatına görə 3 təşkilatın apardığı rəy sorusuna görə, mühavizəkarlarla leyboristlər arasında fərq elə də böyük olmamalıdır.

Amma ekzit-polun nəticələri düz çıxsa belə, partiyalardan heç biri parlamentdə böyük əksəriyyət qazana bilməyəcək və digər partiyalarla danışıqlara getməli olacaqlar.

İlkin məlumatlara görə baş nazir David Cameronun Mühavizəkarlar partiyası parlamentdə 329, Ed Millibandın Əmək partiyası isə 232 yer qazanacaq.

Ed Millibandın yaxın vaxtlarda partiyanın liderliyindən istefa verəcəyi gözlənilir.

Cameronun qələbəsi o deməkdir ki, 2 ilə Britaniyada Avropa Birliyindən çıxmaqla bağlı referendum keçirə bilər.

Bu, seçki kampaniyasında onun əsas tezis idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG