Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:09

Pakistanda baş verən vertolyot qəzasında 2 səfir ölüb, ikisi yaralanıb


Foto arxiv

Foto arxiv

Mayın 8-də Pakistanda baş verən vertolyot qəzasında 2 səfir də daxil olmaqla, azı 6 nəfər ölüb.

Hərbi vertolyot Şimali Gilgit-Baltistan əyalətində qəzaya uğrayıb.

Azadlıq Radiosunun Pakistan xidməti Pakistan ordusunun mətbuat xidmətinə istinadla verdiyi məlumata görə , ölənlərdən ikisi pilot, Filippin və Norveç səfirləri, habelə Malayziya və İndoneziya səfirlərinin həyat yoldaşlarıdır.

Qəza nəticəsində onlarla adamın yaralandığı xəbər verilir.

Polşa və Niderland səfirləri də onların arasındadır.

Qəzaya görə, cavabdehliyi Pakistandakı Təhriki-Taliban qrupu üzərinə götürüb və bildirib ki, hədəf baş nazir Nawaz Sharifi aparan vertolyot olub.

Nawaz Sharifin bölgədə keçiriləcək tədbirdə çıxışı nəzərdə tutulubmuş.

Qəzaya uğrayan Mi-17 vertolyotu diplomatları aparırmış.

Qalan 2 vertolyota bir şey olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG