Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:02

Belarusu milli hokkey komandası Çexiyada keçirilən dünya çempionatında ABŞ yığmasını 5:2 hesabı ilə məğlub edib.

Bu Belarus millisinin ABŞ üzərində ilk qələbəsidir.

Ostrava şəhərində keçirilən görüşün 2-ci hissəsində Belarus millisi 5 dəqiqə intervalı ilə dalbadal 3 qol vurub və bundan sonra ABŞ millisi oyunu ələ ala bilməyib.

Digər favoritlər arasında nəticələr belə olub.

Finlandiya-Sloveniya 4:0, İsveç-Almaniya 4:3, Çexiya-Fransa 5:1.

Belarus ABŞ üzərində qələbədən sonra, qrupda 3-cü yerə çıxıb və bu komandanın ¼ finala çıxmaq şansını artırıb.

Hazırda B qrupuna 10 xalla Belarus başçılıq edir.

Finlandiya, Rusiya və ABŞ-ın isə hərəyə 9 xalı var.

A qrupunda isə ilk dördlüyə hələlik Kanada, İsveç, İsveçrə və Çexiya daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG