Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:13

Milli Məclisin iclası Heydər Əliyevə görə təxirə salınıb


Milli Məclis
Milli Məclis

-

Milli Məclisin mayın 8-nə təyin olunan plenar iclası təxirə salınıb.

Bunu ANS-ə açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib. O bildirib ki, iclas 15 may tarixinə keçirilib:

«Deputatların xeyli hissəsi xarici ölkələrdə ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak edəcək. Bir hissəsi isə 9 May Qələbə Günü ilə bağlı mərasimlərə qatılacaq».

Akif Təvəkküloğlu Milli Məclisin gündəliyinə əlavələr edilə biləcəyini də söyləyib.

XS
SM
MD
LG