Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:14

«Yeni Müsavat»: İqtidar məşhur dustaqları azad etməyə hazırlaşır


Foto illüstrasiya

Foto illüstrasiya

-

«Yeni Müsavat» qəzetinın manşeti belə adlanır: «İqtidar məşhur dustaqları azad etməyə hazırlaşır».

Qəzet yazır ki, Avropa Oyunları ərəfəsi hakimiyyət «xoşməramlı jest edəcəyi» - Tofiq Yaqublunun, REAL həmsədri İlqar Məmmədovun, NİDA-çıların və QHT rəhbərlərinin azadlığa buraxılacağı gözlənir, Leyla və Arif Yunuslar, Rauf Mirqədirovla Xədicə İsmayıl barədə həbs-qətimkan tədbirinin dəyişdirilməsi də gündəmdədir.

«İqtidar bu ayın sonunadək siyasi baxışlarına görə həbs edilən, beynəlxalq təşkilatların vicdan məhbusu elan etdikləri dustaqları azad etməyə qərar verib. Bu sensasion məlumatı redaksiyamıza verən mənbənin dediyinə görə, hakimiyyət Avropa Oyunları ərəfəsi bu addımı atmaqla böyük idman bayramını siyasiləşdirmək cəhdlərinin qarşısını almaq istəyindədir.

Çünki beynəlxalq hüquq-müdafiə təşkilatları Avropa Oyunları yaxınlaşdıqca, siyasi dustaqlar məsələsindən iqtidara qarşı ciddi əks-təbliğat kimi istifadə edirlər ki, bu da istər-istəməz yarışların xoş ovqatını korlaya bilər».

Mayda prezidentin əfv sərəncamı imzalayacağı gözlənilir.

«BİZİM MARKET»İN SAHİBİ MAŞIN BAZARINI PAYÇILARININ ƏLİNDƏN ALDI

Mayın 7-də maşın bazarı kimi tanınan «Bakı Avtonəqliyyat-2» ASC-nin səhmdarları Babək prospekti, 2315-ci məhəllədə illik ümumi yığıncağını keçiriblər. «Bizim Yol» qəzetinin əməkdaşı da iclası müşahidə edib. Qəzet yazır ki, 98.7 faiz səhmlə paket sahibi ölkədə «Bizim market» mağazalar şəbəkəsi ilə məşhur olan Rasim Salmanovdur.

İclasda mühasib deyib ki, ötən il maşın bazarının gəliri 21 min 920 manat, xərci isə 38 min 992 manat və balans zərəri 17 min 72 manat olub. «Hesabatdan belə çıxır ki, bazar il ərzində 1 ədəd işlənmiş maşının pulunu «çıxara» bilib. Bunun müqabilində əsas vəsaitin köhnəlməsi 21 min 820 manat (gəliri qədər), əməkhaqqı və sosial ayırmalar 13 min 298 manat, əmlak vergisi 3 min 73 manat, səhmdarlara xidmət xərci 569 manat, sair xərclər də 231 manat göstərilib. İl ərzində cəmiyyətin kassasına daşınmaz əmlakın icarəsindən daxil olan vəsait əməkhaqqı və sosial ödəmələrə sərf edilib» - qəzet yazır.

Maşın bazarı

Maşın bazarı

İclasda bildirilib ki, qurumda söz sahibi Rasim Salmanov payına düşən - 98.7 faiz əmlakı götürüb ayrıca MMC yaradır. O deyib: «O vaxt burada 254 səhmdar vardı, indi 64 nəfərə düşüb. Sizin əmlakınızı biz böləcəyik, necə ki, başqa səhmdar cəmiyyətlərdə bunu edib canlarını qurtarıblar…

Siz bura səhmdar qismində gəlmisiniz, bu torpağın sahibi deyilsiniz. Torpaq dövlət tərəfindən hərracda satılıb, başqa bir şəxsindir, nə mən sahibiyəm, nə də siz. «Bakı Avtonəqliyyat-2»nin 4.5 ha torpağı başqa bir şəxsə məxsusdur. Amma siz də, mən də burdakı əmlakın sahibiyik. Mən 98.7 faizin sahibiyəm, siz də 1.3 faizin. Bu söz-söhbətləri qurtarmaq üçün belə qərara gəldik ki, sizə ayrıca bir yolu olan, Babək prospektindən gəlib çıxa biləcəyiniz bir əmlak verək. Burada o əmlak var. Biz Əmlak Komitəsinə müraciət edəcəyik. Onlar gəlib ayırıb sizə verəcəklər. Sonra «Bakı Avtonəqliyyat-2» fəaliyyətini dayandıracaq. Sizə təxminən 65-70 kv.m. əmlak düşəcək. Amma onun torpağı yenə sizin olmayacaq, sadəcə üzərindəki əmlak sizindir. Ola bilər ki, sizə qaçqınların məskunlaşdıqları yer düşsün. Ondan sonra oturub öz aranızda bir qərara gələrsiniz... İndi oturmusunuz qızılın üstündə, deyirsiniz ki, buranın hamısı mənimdir. Elə deyil... Biz sizə ayrıca əmlak verəcəyik, istədiyiniz vaxt ora gələcəksiz, o əmlak üzərində sərəncam vermək hüququnuz olacaq. Amma onu sökə bilməyəcəksiniz, sökən kimi torpaq yiyəsi deyəcək ki, «qardaş, xoş gəldin, çıx get burdan». Torpaq sahibi icarəyə görə sizdən pul istəyəcək. icarəhaqqı nə qədər olacaq, o, bilər, siz bilərsiniz».

Səhmdar V.Məmmədov etiraz edib: «Burada il ərzində milyonlarla pul qazanılır və mənimsənilir. Dövlətə, səhmdarlara ziyan vurulur, Allaha xoş getməyən işlər görülür».

Torpağın niyə özəlləşdirilmədiyini soruşan müxbirsə iclasdan zorla çıxarılıb.

İLHAM ƏLİYEV: «AXC-MÜSAVAT CÜTLÜYÜ ÖZÜ TARİXDƏN SİLİNDİ»

«Azərbaycan» qəzeti yazır ki, mayın 7-də Bakıda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yeni inzibati binasının açılışı olub. Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni inzibati binanın açılışında iştirak ediblər.

İlham Əliyev veteranlarla görüşür - 7 may 2015

İlham Əliyev veteranlarla görüşür - 7 may 2015

İlham Əliyev deyib ki, Azərbaycan dövləti öz veteranlarına böyük qayğı və diqqət göstərir: «Veteranlar yüksək mükafatlarla təltif olunur, onlara minik maşınları verilir. Növbədə duran bütün veteranlara avtomobillərin verilməsi prosesi bu il başa çatacaq. Mənzillər, pul mükafatı verilir. Onu da qeyd etməliyəm ki, MDB məkanında ən yüksək pul mükafatı məhz Azərbaycanda verilir. Siz buna layiqsiniz. Siz Vətəni müdafiə etmisiniz, qəhrəmanlıq göstərmisiniz və Azərbaycan dövləti sizin fəaliyyətinizi çox yüksək qiymətləndirir. Ulu öndər Heydər Əliyevin siyasəti də məhz ondan ibarət idi ki, biz müharibə veteranlarına daim diqqət göstərək.

Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində o vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü Qələbə Gününü bayram günləri siyahısından çıxarmışdı. Yəni, bu bayram ləğv edilmişdi. Onlar elə bil ki, sizin qəhrəmanlığınızı tarixdən silmək istəyirdilər. Ancaq onların özləri tarixdən və siyasi səhnədən silindi, Azərbaycan xalqı o antimilli hakimiyyətə dözə bilmədi. Xalqın tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra tarixi ədalət bərpa edildi, 9 May – Qələbə Günü rəsmi bayram kimi təsdiq olundu və o gündən bu günə qədər biz bu bayramı qeyd edirik. Bu, bizim dövlət bayramımızdır, əziz bayramımızdır».

İlham Əliyev deyib ki, Azərbaycan faşizm üzərində Qələbənin əldə edilməsinə çox böyük töhfələr verib: «Azərbaycandan 700 minə yaxın insan müharibədə iştirak edib, onlardan 300 mini həlak olub. 123 nəfər ən yüksək ada – Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 30 nəfər «Şöhrət» ordeninin hər üç dərəcəsi ilə təltif edilib. 170 min nəfər isə müxtəlif orden və medallarla təltif olunub. Bu, Azərbaycan xalqının qəhrəmanlığını təsdiq edən statistik göstəricilərdir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG