Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:01

Rusiyanın kosmik yük gəmisi atmosferdə yanıb


Progress M-27M Baykonur kosmodromundan qalxarkən

Progress M-27M Baykonur kosmodromundan qalxarkən

-

Beynəlxalq Kosmik Stansiyaya çata bilməyən kosmik yük gəmisi Yerin atmosferinə daxil olub və mayın 8-də Sakit Okean üzərində yanıb. Bu barədə Rusiyanın Roskosmos kosmik agentliyi məlumat yayıb.

Agentlik bildirib ki, “Progress” M-27M yük gəmisi ilə baş verən insidentdən sonra gələcək uçuşların qrafikinə yenidən baxıla bilər.

Qurğu aprelin 28-də buraxılandan sonra nəzarətdən çıxıb. Gəmidə 2 ton yarım yük vardı, buraya 500 kq yanacaq, 50 kq hava və 420 kq su daxil idi, buraxılmasına 2.6 milyard rubl xərclənmişdi.

Qəza Beynəlxalq Kosmik Stansiyadakı 6 nəfərlik ekipaj üzvünə elə ciddi problem yaratmayıb. Belə ki, stansiyada 4-6 aylıq ehtiyat var. ABŞ-ın Dracon kosmik gəmisi iyunda stansiyaya uçacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG