Keçid linkləri

Təcili xəbərlər

Əfsanəvi ilan oyununun davamı gəlir


Snake Rewind
Snake Rewind

-

Məşhur «Snake» oyunu smartfonlar üçün yenilənir.

1976-cı ildə TRS-80 üçün hazırlanan «Snake» oyunu 90-cı illərin sonundan mobil telefonlara yol tapdı. Bəlkə də bu oyunu oynamayan çox az adam var.

«Nokia» ilə məşhur olan oyunun ötən illərdə «Google Play» və «AppStrore»da bənzərləri yayılmışdı.

İnsanlar arasında «ilan oyunu» kimi fenomenə çevrilən oyun yaxın zamanlarda iOS, «Android» və «Windows Phone» platformalı cihazlar üçün hazırlanır.

Orijinal «Snake» oyunun yaradıcısı Taneli Armanto onu sensor ekranlar üçün təkmilləşdirir.

«Snake Rewind» adı ilə oyun mayın 14-də ağıllı telefonların proqram mağazalarında yer alacaq.

XS
SM
MD
LG