Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:46

Britaniyada mühafizəkarlar daha 5 il hakimiyyətdə qalır


Oksfordda seçki məntəqəsi

Oksfordda seçki məntəqəsi

-

Britaniya baş naziri David Cameron-un mühafizəkar hökumətinin ölkəni daha 5 il idarə edəcəyi gözlənir. BBC-nin sifarişi ilə keçirilən exit-poll-un nəticələrinə görə, hakim Mühafizəkarlar Partiyasının 316, əsas müxalifət partiyası olan Leyboristlərin isə 239 mandata sahib olacaqları proqnozlaşdırılır. Böyük Britaniya parlamentinin aşağı palatası 650 yerlikdir.

Beləliklə Cameron-un koalisiya qurması üçün bir neçə variantı yaranır. O, Liberal Demokratlarla indiki tərəfdaşlığını da saxlaya bilər.

Cameron-un qələbəsi o deməkdir ki, iki ilə Britaniya Avropa Birliyindən çıxmaqla bağlı tarixi referendum keçirə bilər. Bu, indiki baş nazirin kampaniyası dövründə əsas tezis idi.

Müxalifətdə olan Leyboristlər Partiyası 239 yer qazanıb. Ancaq iki əsas partiya arasında rəqabətin çox yaxın olacağı gözlənirdi.

London meri, Mühafizəkarldan namizədliyini vermiş Boris Johnson deyib ki, ekzit-poll dəqiqdirsə, “bu, Mühafizəkarların aydın qələbəsini göstərir, Leyboristlər üçünsə çox pis bir gecədir”.

Exit-poll-un nəticələri Şotlandiya Millətçi Partiyasının ölkədə üçüncü siyasi qüvvəyə çevrildiyini göstərir. Onların 58 mandat əldə edəcəyi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG