Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:49

Avropa Oyunları Qarabağda


Məşəl aprelin 26-da Bakıda Atəşgah məbədində alovlandırılıb.
Məşəl aprelin 26-da Bakıda Atəşgah məbədində alovlandırılıb.

-

Birinci Avropa Oyunlarının məşəli mayın 7-də İmişlidən Qarabağ torpağına – cəbhə xəttində yerləşən Horadiz şəhərinə gətirilib.

AZƏRTAC xəbər verir ki, məşəli Qazaxlar kənd tam orta məktəbinin müəllimi Atamoğlan Qəhrəmanov qəbul edib. Daha sonra rayonun ümumtəhsil məktəblərindən 10 nəfər idman müəllimi məşəli bir-birinə ötürərək, Heydər Əliyev prospekti, 20 Yanvar və M.Ə.Rəsulzadə küçələrindən keçməklə Dövlət Bayrağı meydanının yaxınlığında yerləşən Qəhrəmanlar parkına gəliblər.

Qəhrəmanlar parkında məşəl festivalı keçirilib. Festivalın sonunda atəşfəşanlıq olub.

Məşəl aprelin 26-da Bakıda Atəşgah məbədində alovlandırılıb.

Avropa Oyunları bu ilin iyununda ilk dəfə Bakıda keçiriləcək. ​

XS
SM
MD
LG