Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:44

-

Mayın 8-də Şuşanın erməni silahlı qüvvələri tərəfindən işğal olunmasından 23 il ötür.

Dəniz səviyyəsindən 1300-1600 metr yüksəklikdə yerləşən şəhər strateji baxımdan çox əhəmiyyətli idi və ona “qala şəhər” deyilirdi.

Şuşanın təməli XVIII əsrdə Pənahəli xan tərəfindən qoyulub. O XIX əsrdə Rusiyaya tabe etdirilən Qarabağ xanlığının mərkəzi olub.

Rus işğalından sonra da şəhər çiçəklənmə dövrünü yaşayıb. Şuşadan xeyli sayda, mədəniyyət, ədəbiyyat, siyasət xadimləri çıxıb.

Sovet dövründə bu şəhər həm də istirahət zonası kimi tanınıb. İşğala qədər Şuşada 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif, kənd təsərrüfatı texnikumları, 8 mədəniyyət evi, 14 klub, 20 kitabxana, 2 kinoteatr, 3 muzey olub. Bütün bunların hamısı, eləcə də 300-dək tarixi, dini, mədəni abidə işğal zamanı talan edilib, dağıdılıb.

Şəhər-qalanın süqutu zamanı 480 nəfər öldürülüb, 600 nəfər yaralanıb, 22 min nəfər qaçqın düşüb. Əsir götürülən 68 nəfər haqda bu günə qədər məlumat yoxdur.

XS
SM
MD
LG