Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:20

-

ABŞ-ın müdafiə naziri Ash Carter mayın 7-də deyib ki, Amerika əsgərləri İslam Dövləti yaraqlıları ilə vuruşmaq üçün bir qrup suriyalı döyüşçüyə təlim keçməyə başlayıb. Carter mətbuat konfransında söyləyib ki, döyüşçülərin ikinci qrupuna tezliklə təlim keçiləcək.

Pentaqon rəhbərinin sözlərinə görə, artıq təlim başlamış qrupda 90 nəfər var. Öncə rəsmilər bildirirdilər ki, ABŞ ordusu İordaniyadakı Suriya döyüşçülərinə təlim keçməyə başlayıb və tezliklə oxşar proqrama Türkiyədə start veriləcək.

Səudiyyə Ərəbistanı və Qətərdə də təlim sahələri açılacağı gözlənir.

Obama administrasiya proqramın İslam Dövləti qüvvələrini hədəfə aldığını deyir, çünki ABŞ Suriya ilə müharibə etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG