Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:21

Səudiyyə atəşkəs təklif edir


John Kerry (solda) səudiyyəli həmkarı Adel al-Jubeir ilə mətbuat konfransında

John Kerry (solda) səudiyyəli həmkarı Adel al-Jubeir ilə mətbuat konfransında

-

Səudiyyə Ərəbistanı mayın 7-də bildirib ki, Yəməndə beş günlük atəşkəsə hazırdır və münaqişə ərazisində olan milyonlarla dinc sakinə humanitar yardım çatdırıla bilər. Atəşkəs təklifi Səudiyyənin xarici işlər naziri ilə ABŞ Dövlət katibi John Kerry-nin birgə bəyanatında yer alıb.

Ancaq bu bəyanatla eyni vaxtda Yəməndki husi yaraqlılarına hava zərbələri endirən Səudiyyə koalisiyası bildirib ki, Səudiyyənin sərhəd regionunda azı beş nəfəri öldürənlər bunun “bədəlini ağır şəkildə” ödəyəcəklər.

“Səudiyyə Ərəbistanının təhlükəsizliyi koalisiya üçün prioritetdir və onlar artıq qırmızı xətti keçiblər,” koalisiyanın sözçüsü General Ahmed al-Assiri deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG