Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:27

Yəməndə yerli “Əl-Qaeda”nın liderlərindən biri öldürülüb


Nasser bin Ali al-Ansi

Nasser bin Ali al-Ansi

Yəməndəki “Əl-Qaeda” islamçı təşkilatının verdiyi xəbərə görə orada Amerika pilotsuz təyyarəsindən endirilmiş raket zərbəsi nəticəsində Nasser al-Ansi öldürülüb.

Yəməndəki “Əl-Qaeda” islamçı təşkilatının verdiyi xəbərə görə orada Amerika pilotsuz təyyarəsindən endirilmiş raket zərbəsi nəticəsində Nasser al-Ansi öldürülüb.

Xəbər verilir ki, al-Ansi Fransada satirik “Charlie Hebdo” jurnalının redaksiyasına qanlı basqına görə məsuliyyəti öz üzərinə götürmüşdü.

Qruplaşmanın internet saytında bildirilir ki, al-Ansi Mukalla şəhərində hələ aprel ayında həlak olub.

Başqa məlumatlara görə həmin raket zərbəsində onun böyük oğlu və bir neçə silahdaşı da öldürülüb.

Amerika tərəfi hələlik bu xəbərə reaksiya göstərməyib.

Parisdəki basqın zamanı 12 nəfər həlak olmuşdu.

Nasser al-Ansi indiyədək bir neçə videomüraciətlə çıxış etmişdi.

O həmçinin sonradan xilasetmə əməliyyatı zamanı həlak olmuş Amerika jurnalisti Luke Sommers-in oğurlanmasına görə məsuliyyəti öz üzərinə götürmüşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG