Amerikada apellyasiya məhkəməsinin çıxardığı qərarda deyilir ki, Milli Təhlükəszlik Agentliyinin (NSA) milyonlarla insan barədə informasiya toplaması qanuna zidd olub.
Beləliklə, ABŞ Konqresi ziddiyyətli anti-terror izləməsi barədə qanuna yenidən baxmalı olacaq.
Belə bir izləmə sisteminin mövcudluğu barədə xəbəri ilk dəfə olaraq MTA-nın qaçaq agenti Edward Snowden faş etmişdi.
Manhattandakı məhkəmənin hökmündə vurğuulanır ki, Patriot Act adlı qanun MTA-ya milyonlarla amerikalının izlənməsi səlahiyyətini vermir.
Bununla belə, məhkəmə izləmənin Amerika Konstitusiyasına zidd olub-olmadığı barədə heç nə deməyib.
Məhkləmə həmçinin bu proqramı dayandırmaq barədə qərar qəbul etməyib və bildirib ki, Patriot Act qanununun izləməyə aid hissəsi iyunun 1-də onsuz da etibarlılığını dayandırır.
Bundan əvvəl ABŞ-ın baş prokuroru Loretta Lynch Senat qarşısındakı çıxışında demişdi ki, MTA-nın topladığı informasiya “milli təhlükəsizlik üçün əvəzsiz alətdir”.
İndi bu məsələnin taleyini Konqresin reaksiyası müəyyən edəcək.
Konqres sözü gedən qanunun 215-ci bölümünü yenidən təsdiq etsə, bu iş Ali Məhkəməyə göndərilə bilər.