Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:40

Facebook Rusiya jurnalistinin postunu niyə silib?


Sergei Parkhomenko
Sergei Parkhomenko

Facebook şirkətinin sözçüsü AzadlıqRadiosuna bildirib ki, hazırda bu məsələ “araşdırılır”, lakin o hər hansı əlavə şərh verməkdən imtina edib.

Rusiya jurnalisti Facebook-u onun Kremli tənqid edən postunu silməkdə günahlandırıb.

Tanınmış Rusiya jurnalisti həmin postda ötən il Ukrayna üzərində Malayziyaya məxsus sərnişin təyyarəsinin vurulmasında Ruiyanın əli olduğu barədə ehtimalını yazmışdı.

Jurnalistin şikayətindən sonra həmin post mayın 7-də bərpa olunub.

Sergei Parkhomenko bildirib ki, o, Malayziya təyyarəsinin Rusiya istehsallı BUK raketi ilə Ukrayna qüvvələri tərəfindən vurulmasına dair “Novaya qazeta”dakı məqaləyə şərh verən postu göndərəndən bəri ona qarşı məhdudiyyətlər tətbiq edilib.

Facebook insidenti “araşdırır”

“Mən Facebook administratorlarından belə bir avtomatik xəbərdarlıq aldım ki, mənim “Novaya qazeta”ya dünənki şərhim silinib və mənim hesabım bloklanıb” – yazıb Parkhomenko həyat yoldaşı Varya Gornostayevanın Facebook hesabında.

Jurnalistin postu mayın 6-sı silinsə də, mayın 7-si axşam bərpa olunub.

Kaliforniyada mənzillənmiş Facebook şirkətinin sözçüsü AzadlıqRadiosuna bildirib ki, hazırda bu məsələ “araşdırılır”, lakin o hər hansı əlavə şərh verməkdən imtina edib.

ABŞ-da mənzillənmiş Facebook və Twitter son illərdə Rusiya hakimiyyətini tənqid edən postları və hesabları bağlayıb.

Facebook və “Roskomnadzor”

Bu, Rusiyanın mətbuata dövlət nəzarət qurumu olan “Roskomnadzor”un tələbi ilə edilib. “Roskomnadzor” belə postların ölkə qanunlarına zidd olduğunu iddia edir.

Kremlin tənqidçiləri deyirlər kui, bu cür hərəkətlər internetdə ifadə azadflığını pozur. Onlar bildirilər ki, internet Rusiyanın ciddi nəzarət olunan siyasi landşaftında fəaliyyət göstərən və “qeyri-sistematik” adlanan müxalifətin səfərbərliyinə mane olur.

Rusiya hökumətini kəskin tənqidləri ilə tanınan Parkhomenko öz postunda hakimiyyətin belə bir nəzəriyyəsini lağa qoyurdu ki, guya MH17 təyyarəsini 2014-cü il, iyulun 17-də Ukraynanın şərqində Ukrayna qırıcısı vurub.

“Bu postda Facebook icmasının qaydalarını pozan heç nə yox idi, - yazıb Parkhomenko öz xanımının hesabında, - Bu postda nə zorakılığın qızışdırılması, nə təhqir, nə də Facebook hesablarının bağlanmasına əsas verəcək başqa bir səbəb vardı”.

“Əsas ssenari”

İndiyədək Ukraynanın şərqindəki qanlı münaqişənin tərəfləri göyərtəsində 298 sərnişin olan təyyarənin vurulmasında bir-birlərini ittiham edirlər.

Özünün 6 may tarixli məqaləsində “Novaya qazeta” yazır ki, Rusiyanın hərbi mühəndislərinin hadisə barədə hazırladıqları hesabat təyyarənin vurulmasında konkret olaraq Ukrayna qüvvələrini və ya Moskva yönümlü separatçıları təqsirləndirmir.

Beynəlxalq təhqiqatı aparan Holandiya müstəntiqləri bildiriblər ki, onların versiyaları arasında “əsas ssenari” MH17-nin BUK raketi ilə separatçıların nəzarətində olan ərazidən vurulmasıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG