Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:20

Məşhur aktrisa: “Heç bilmirəm “Oskar” mükafatını hara qoymuşam”


"Qara qu quşu" filmindən kadr
"Qara qu quşu" filmindən kadr

-

Natalie Portman həmin aktrisadır ki, 4 il qabaq “Qara qu quşu” filmindəki roluna görə Oskar mükafatını alarkən göz yaşlarını saxlaya bilməmişdi.

İndi isə deyir ki, bilmir həmin qızılı heykəlciyi hara qoyub:

“Yəqin hardasa təhlükəsiz bir yerdədir. Xeyli vaxtdır görməmişəm”. 33 yaşlı aktrisa “Hollywood Reporter”ə müsahibəsində Oskar mükafatına büt kimi sitayiş edənlərdən olmadığını bildirib. Ona görə də qızılı adam heykəlciyini evdə nə divardan asıb, nə də gözə girən yerə qoyub: “Mən övladıma İbrahim haqda rəvayəti oxuyurdum, deyirdim ki, yanlış pərəstişgahlara tapınmaq olmaz” – o sözünə davam edir – “Bu qızılı adam heykəlciyi də elə büt kimi bir şeydir. Yalnış pərəstişgahdır”.

Natalie 2012-ci ildə ballet rəqqası Benjamin Millepied ilə ailə qurandan sonra Parisə köçüb.

Fransa paytaxtının mədəni həyatını sevir: “İnsanların nahar süfrəsində ciddi söhbətlər etmək istəyi mənə çox xoş gəlir – yalnız ciddi söhbətlər etmək istəyi… 3 yaşlı oğlum Alefin dərsdən (uşaq bağçası nəzərdə tutulur – red.) sonra incəsənət muzeyinə getmək istəyi də mənə xoş gəlir. Deyir ki, məni Pompiduya apar. O da xoşuma gəlir ki, bütün bunlar Nyu-Yorkdakı kimi elitar məkanlar deyil. Sən filarmoniyaya, yaxud operaya çox xərcə düşmədən gedə bilərsən, çünki dövlət tərəfindən onlara subsidiya ayrılır”.

Portmanın bu yaxınlarda – Cannes festivalında rejissor kimi də debütü gözlənir. Onun “Sevgi və qaranlıq hekayəti” filmi Yerusəlimdə çəkilib.

Film məşhur İsrail yazıçısı Amos Ozun eyniadlı avtobioqrafik romanı əsasında çəkilib.

Portman hələ yeniyetməykən “Leon” filmində parlayıb. Daha sonra “Ulduz müharibələri” ilə daha da məşhurlaşıb.

Natalie Portman Oskar alarkən
Natalie Portman Oskar alarkən

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG