Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 03:49

Rəsulzadənin kitablarını bəyənməyən gənclər...


Məhəmməd Əmin Rəsulzadə
Məhəmməd Əmin Rəsulzadə

-

Bir dostum var. Gecə-gündüz xarici siyasi ədəbiyyat oxuyur. Bir gün ondan nə üçün Rəsulzadədən bir əsər belə oxumadığını soruşdum.

Mənə belə bir cavab verdi. Mən bəşəri (universal) bir insan olmaq istəyirəm...

Mövlud Aydəmir

UNİVERSALLIQ, YOXSA LOKALLIQ?

Azərbaycanda oxuyan gənclik böyük bir tendensiyanın əsirinə çevrilib.

Bu gün gənclər, xarici ədəbiyyatı, ədibləri, fəlsəfi əsərləri sevə-sevə oxuyur, ancaq öz mill, mədəni resurslarına olduqca etinanız yanaşırlar.

Bu vəziyyət özünü bütün sahələrdə hiss elətdirməkdədir. Bədii ədəbiyyat baxımından gənclər Corc Orueli, Şoloxovu sevərək oxuyur, ancaq 60-cı illər Azərbaycan ədəbiyyatının üzünü açmırlar.

Onlar Lev Tolstoyu, N.Qoqolu, A.Çexovu mütaliə edir, M.F. Axundovu, Ə.Haqverdiyevi, Mirzə Cəlili tanımırlar. Biz bunu siyasi ədəbiyyat oxucularında da görürük. (Bu haqqda bir qədər sonra)

Nə üçün gənclər azərbaycanlı (xusüsən bugünkü) yazıçılara, fikir adamlarına, nəzəriyyəçilərə bu qədər soyuq və sərtdirlər? Niyə onlar Makiavellini sıxıla-sıxıla, anlamaqda çətinlik çəkərək gözlərinə dürtür, Nərimanovdan heç nə oxumurlar? Əslində səbəblər müxtəlif olduğu qədər də, müəyyəndir.

Əvvəla, ölkəmizdə bütün sahələrdə durğunluq hiss olunmaqdadır. İstər yürüdülən və ya yürüdülməyən daxili siyasət, istərsə də digər sektorlar, qurumlar gəncləri özünə cəlb edə, onlarda maraq oyada bilmir. Reallıq budur ki, hal-hazırda heç bir sahədə böyük irəliləyiş gözə çarpmır. Bütün bunlar yeni müstəqil olmuş ölkənin səbirsiz gənclərini öz kimliyi haqqında pessimizmə sürükləyir. Qısacası onlar düşünürlər ki, nə var elə çöldə olub və belə də olacaq.

İkinci səbəb, ölkəmizdə həqiqi, obyektiv ziyalıların (müəllimlər, intellektuallar, aydınlar) azlığı, bu ünvana namizədlərin isə susqunluğudur. Bu gün, ictimai məsələlərdə (siyasi yox) öz mövqeyini siyasiləşdirmədən bildirə bilən, həqiqi ziyalıları barmaqla saymaq olar. Kifayət qədər yüksək intellektual “ziyalılarımız” da var ki, onlar siyasi arenaya qoşulmamaq üçün, ümumiyyətlə araşdırmalarından kənar heç bir fəaliyyətlə məşğul olmurlar. Unutmaq olmaz ki, bir cəmiyyətdə hərəkətverici qüvvə gənclərdirsə, aparıcı qüvvə də ziyalılardır. Təəssüflər olsun ki, ziyalılarımız Azərbaycan gəncliyinə hər şeyi öyrədə bildilər, xarakterli, şərəfli, mərd, azad olmağı yox.

Nəhayət sonuncu səbəb isə yenicə müstəqillik dadmış cəmiyyətlərdə ənənəvi hal kimi özünü göstərməkdədir. Bu cəmiyyətlərdə gənclər mövcud dünyaya hal-hazırkı pəncərədən baxırlar. Onlar düşünürlər ki, yerli yeni və köhnə ədiblərin fikirləri bügunkü “dünya standartlarına” cavab vermir. Dünya o dünya deyil. Bu gün onlara Poolo Koelyo daha maraqlıdır nəinki Əkrəm Əylisli, Seymur Baycan. Təbii ki, bu reallığa söykənən düşüncə məntiqə əsaslanmır.

Xalqının ədəbiyyatını oxumayan gənclik özünü tanıya bilməz. Özünü tanımayan gənclik isə bu ölkənin real problemlərini, onların səbəblərini başa düşə, duya, anlaya bilməz. Bu gənclər cəmiyyətimizdə həqiqi islahatçı ola bilməz.

Bu pessimizm və özündən diksinmə halı siyasi ədəbiyyat oxucularında da yayğındır. Gənclər, Tomas Hobsu, Marksı, Hitlerin kitabını hər yerdə axtarır, oxuyur, başa düşməsə də başa düşən kimi davranır, lakin əllərinin altında olan cümhuriyyət qurucularından Rəsulzadənin bir məqaləsini, bir əsərini də oxumurlar. Təbii ki, hər mənada oxumaq gözəldir, bəs niyə də özümüzdən başlamayaq?

Bir dostum var. Gecə-gündüz xarici siyasi ədəbiyyat oxuyur. Bir gün ondan nə üçün Rəsulzadədən bir əsər belə oxumadığını soruşdum. Mənə belə bir cavab verdi. Mən bəşəri (universal) bir insan olmaq istəyirəm, yerli (local) yox. Ondan bunun bizim cəmiyyətə xeyri olub-olmayacağını soruşanda bu haqda düşünmədiyini dedi.

Ölkə mətbuatını, publisistləri, gənc yazıçıları, keçmişdəkiləri oxumalıyıq, tanımalıyıq. Əks halda biz ölkədə baş verə biləcək dəyişikliyin bir parçası yox, onun izləyicisi olacağıq.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG