Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:26

Müharibədə həlak olanın ailəsi torpaq tələb edir


Sumqayıt şəhəri
Sumqayıt şəhəri

-

AzadlıqRadiosunun "Qaynar xətt"inə müraciət edən Fərəməz Sadıqov deyir ki, qardaşı İskəndər Sadıqov 1992-ci ildə Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində döyüşlərdə həlak olub. Uzun illərdir ki, Sumqayıt bələdiyyəsinə torpaq sahəsi ayrılması üçün müraciət etsələr də, indiyə qədər torpaq sahəsi ayrılmayıb. Deyir, müvafiq qurumlar torpaq sahəsi ayırmaqdan rəsmən imtina etməsələr də, üzərilərinə düşən öhdəliyi də yerinə yetirmirlər.

HƏLƏ DƏ SƏS-SORAQ YOXDUR

"Bizim çoxsaylı müraciətlərimizdən sonra təqribən 2001-ci ildə bizi Sumqayıt bələdiyyəsinə və Sumqayıt şəhər İcra Hakimiyyətinə çağırdılar. Torpağın təyinatı ilə bağlı iki dəfə ərizəmizi dəyişdirməyi xahiş etdilər və biz hər dəfə ərizələrimizi dəyişməli olduq. Bundan sonra bizi Sumqayıtdan kənarda yeni salınmış bir yaşayış massivinə aparıb torpaq sahəsi göstərdilər. Dedilər ki, sizə burdan torpaq sahəsi ayıracağıq. Ancaq elə o vaxtdan da səs-səmir çıxmadı".

Şikayətçi deyir ki, əvvəllər hər dəfə ora-bura şikayət edəndən sonra ailə üzvlərini ya Sumqayıt şəhər İcra Hakimiyyətinə, ya da Sumqayıt şəhər bələdiyyəsinə çağırırdılar. Orada onları arxayın edirlərmiş ki, bir az da səbir etsinlər, yaxın vaxtlarda məsələ həllini tapacaq. Ancaq sonuncu vədlərdən 5 il keçib. İndi heç bunu da etmirlər.

"YENİDƏN MÜRACİƏT ETSİNLƏR"

Sumqayıt şəhər Bələdiyyəsindən "Qaynar xətt"ə bildirdilər ki, torpaq sahəsinin nömrəsi Sumqayıt şəhər İcra Hakimiyyətindən vaxtında göndərilmədiyindən bir neçə il əvvəl müvafiq rəy verə bilməyiblər. Sonra da "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunda dəyişikliklərlə əlaqədar torpaq sahələrinin ayrılması müvəqqəti dayandırılıb.

"Bundan sonra bir daha bələdiyyəyə müraciət edilməyib. İndi bələdiyyəyə bir daha müraciət edib məsələni aydınlaşdırmalıdırlar", - Sumqayıt şəhər Bələdiyyəsindən belə deyiblər.

XS
SM
MD
LG