Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 18:15

Azərbaycan korrupsiyanın səviyyəsinə görə 130-cu yerdədir


Rəna Səfərəliyeva: «Azərbaycan 11 deyil, üç pillə irəliləyib»
Rəna Səfərəliyeva: «Azərbaycan 11 deyil, üç pillə irəliləyib»
«Beynəlxalq Şəffaflıq» («Transparency International») Təşkilatı noyabrın 6-da 163 ölkə üzrə «Korrupsiyanı Qavrama İndeksi»ni açıqlayıb. İki il bundan əvvəlki dövrü əhatə edən hesabatda Azərbaycan korrupsiyanın səviyyəsinə görə, 163 ölkə arasında 2,4 balla 130-cu yerdədir. Korrupsiyanın ən az olduğu ölkə 9,6 balla Finlandiya, ən çox olduğu ölkə isə 1,8 balla Haitidir. Ötən hesabat dövrü ilə müqayisədə bu dəfə Azərbaycan üç pillə irəliləyib.

Sənəddə Gürcüstan 99-cu, Ermənistan isə 93-ci yeri tutur. Ötən illərlə müqayisədə Gürcüstanda korrupsiyanın səviyyəsi aşağı düşsə də, Ermənistanda bir neçə pillə artıb.


Təşkilatın bundan əvvəlki hesabatında Azərbaycan 159 ölkə arasında 137-ci yerdə idi. Prezident Aparatı Hüquq-Mühafizə Orqanları ilə İş Şöbəsinin müdiri Fuad Ələsgərov sənədin hökumət tərəfindən müsbət qarşılandığını deyir. Amma o, hesab edir ki, son iki ildə korrupsiyaya qarşı mübarizədə görülən işlər də hesabata daxil edilsəydi, Azərbaycan daha yüksək yerlərə qalxa bilərdi.


Cənab Ələsgərov ötən hesabatla müqayisədə Azərbaycanın reytinqinin daha 11 pillə qalxdığını bildirsə də, «Şəffaflıq Azərbaycan» Təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva deyir ki, ötən sənəddə 159 ölkə arasında korrupsiya indeksi açıqlanmışdısa, bu il həmin ölkələrin siyahısına daha dörd dövlətin adı daxil edildiyindən, Azərbaycan bu siyahıda 11 deyil, üç pillə irəliləyib.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG