Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:27

“Qızıl Kəlmə” sahiblərini tapdı


.

Mayın 7-də Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl Kəlmə" ədəbi mükafatının təqdimat mərasimi keçirilib.

Nazirliyin yaydığı xəbərə görə, "Qızıl Kəlmə" ədəbi mükafatının qalib müəllifləri və əsərləri aşağıdakılardır:

Nəsr nominasiyası:
Natiq Məmmədli ("Körpüdə ümid" romanı) və Şəmil Sadıq ("Odərlər" romanı).

Poeziya:
Əhməd Qəşəmoğlu ("Sonsuzluğun ahəngi" şeirlər kitabı) və Ramiz Məmmədzadə ("Ümid" şeirlər kitabı)

Ədəbi tənqid və publisistika üzrə: Azər Turan ("Əli bəy Hüseynzadə") və Bədirxan Əhmədov ("XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələləri və problemləri").

Bədii tərcümə: Şıxəli Əliyev (Nəcib Məhfuzun "Fivin mübarizəsi" romanı) və Kazım Səlimov (Stiven Kinqin "Yazı sənəti" kitabı).

Uşaqlar üçün yazılmış bədii əsərlər nominasiyası: Qəşəm İsabəyli ("Leyləyin intiqamı") və Sevinc Nuruqızı ("Qədim Bakıya səyahət" kitabı).

"Şans" mükafatı: Fuad Babanlı ("Qırovdan sonra") və Rəşid Faxralı ("Ömrümün üç nöqtəsi").

Sayca dördüncü olan mükafata 5 nominasiya, nəsr, poeziya, ədəbi tənqid və publisistik, orijinaldan bədii tərcümə və uşaq ədəbiyyatı üzrə 61 əsər təqdim edilib.

Əsərlər Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Çingiz Əlioğlu, Nizaməddin Şəmsizadə, Telman Vəlixanlı, Vaqif Bəhmənli, Rəşad Məcid, Vaqif Yusifli və Elnarə Akimovadan ibarət 11 nəfərlik münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Bu il beş əsas mükafatla yanaşı daha iki əsəri fərqləndirən "Şans" mükafatının verilməsi də məqsədəuyğun sayılıb.

Ümumilikdə 11 əsər mükafatlandırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG