Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:07

Danimarka, Kanada, Moldova və Polşadan olan beynəlxalq müfəttişlər qrupu Donbasda işə başlayıb.

Bu barədə Ukrayna ordusunun ölkənin şərqindəki əməliyyatlar üzrə mətbuat mərkəzi məlumat yayıb.

Hərbi ekspertlər 2 həftə ərzində təmas xətti və ətraf rayonlardakı vəziyyətlə tanış olacaqlar.

Qrup ilk olaraq Kramatorskdan işə başlayıb.Missiya sonda ATƏT ölkələrinə hesabat təqdim edəcək.

Kiyev həmçinin Moskvanı Ukrayna ilə hərhəd bölgəsində müvafiq araşdırma aparılmasına çağırır.

Ukrayna prezidenti Petro Poroshenko Milli təhlükəsialik və müdafiə şurasının iclasında deyib ki, hazırda Donbasda Ukrayna ordusuna qarşı 40 minədək silahlı separatçı dayanıb, dövlətsərhəddinin yaxınlığında isə 50 mindən çox Rusiya hərbçisi cəmləşdirilib.

Poroshenko bunun ötən ilin iyulu ilə müqaisədə təxminən 1,5 dəfə çox olduğunu deyir.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG