Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:13

Avropa İnsan Hüquqları Məhkəməsi: «Emin Hüseynovun hüquqları pozulub»


Emin Hüseynov
Emin Hüseynov

-

Mayın 7-də Avropa İnsan Hüquqları Məhkəməsi azərbaycanlı hüquq müdafiəçisi Emin Hüseynovla bağlı qərarını açıqlayıb.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) rəhbəri olan Hüseynov 2014-cü ilin avqustundan İsveçrənin Bakıdakı səfirliyində gizlənmək məcburiyyətində qalıb.

AİHM Emin Hüseynovun Avropa Vətəndaş Hüquqları və Azadlıqları Konvensiyasının üç maddəsi üzrə hüquqlarının pozuntusunu tanıyıb – maddə 3 - işgəncələrin yasaqlanması; maddə 5.1 - azadlıq və toxunulmazlıq hüququ və maddə 11 - birləşmək azadlığı.

Məhkəmənin qərarı ilə hökumət Hüseynova 15 min, məhkəmə xərclərinə görə isə 5 min avro ödəməlidir.

Emin Hüseynovun şikayəti 2008-ci ilin iyununda Bakıda kafelərdən birində Che Guevara-nın 80 illiyi ilə bağlı tədbir zamanı 30-dək polisin kafeyə hücumu və bundan sonra baş verən polis zorakılığıyla bağlıdır. O, tədbirdə jurnalist kimi iştirak edib. Amma digər iştirakçılarla birlikdə saxlanılıb və Nəsimi rayon 22-ci polis bölməsinə aparılıb. Orada fiziki təzyiqə məruz qalıb, vəziyyəti pisləşib. Emin Hüseynov ağır vəziyyətdə Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb və 4 gün reanimasiyada qalıb, daha sonra isə uzun müddət müalicə alıb.

Onun polisin əməllərindən Azərbaycan məhkəmələrinə şikayətləri nəticəsiz qalıb.

RATİ mətbuat və ifadə azadlığının müdafiəsi ilə məşğul olan fəal vətəndaş cəmiyyəti institutlarından biri idi. 2014-cü ilin avqustunda RATİ-nin ofisi axtarışdan sonra bağlanıb, avadanlıqları və sənədləri müsadirə olunub.

Emin Hüseynov İsveçrə səfirliyində gizlənmək məcburiyyətində qalıb. Ona qarşı qiyabi olaraq CM-nin 192 (qanunsuz sahibkarlıq), 213 (vergilərdən yayınma) və 308-ci (səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. 2014-cü il avqustun 19-da isə qiyabi olaraq həbs-qətimkan tədbiri seçilib, barəsində axtarış elan edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG