Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:57

ABŞ səfiri deyir ki, Moskva Ukraynaya yanaşmasını dəyişməlidir


Geoffrey Pyatt

Geoffrey Pyatt

ABŞ-ın Ukraynadakı səfiri Geoffrey Pyatt bildirib ki, Rusiya sülhün mümkünlüyü üçün Ukraynanın şərqindəki vəziyyətə yanaşmasını dəyişməlidir.

O aprelin 6-da AzadAvropa və AzadlıqRadiosunun Ukrayna xidmətinə müsahibəsində bildirib ki,Rusiya Ukraynanın şərqindəki rusiyapərəst separatçılara silah, o cümlədən tank, raket və hava hücumlarından müdafiə sistemləri göndərir.

O həmçinin Rusiyanın informasiya müharibəsinin çox effektli olduğunu qeyd edib.Moskva bu günlərdə Kiyevlə Birləşmiş Ştatları Minsk razılaşmasının həyata keçirilməsini əngəlləməkdə ittiham eləmişdi.

ABŞ səfiri bildirib ki, Vaşinqton Ukraynaya silah göndərmir, amma biz sülh prosesi və atəşkəs rejimini dəstəkləyirik.O qeyd edib ki, ABŞ Ukraynanın suverenliyi, ərazi bütövlüyü və prezident Poroshenkonun təklif etdiyi sülh planını dəstəkləyir. Biz hamımız sülh istəyirik və bunun baş verməsi üçün Rusiya məsələyə yanaşmasını dəyişməlidir-deyə o vurğulayıb.

Amma səfir qeyd edib ki, Rusiya ilə separatçıların müharibəni qızışdırmağa hazırlaşmasının əlamətləri görsənir.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG