Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:13

-

Zabrat qəsəbəsində yaşayan Əli Babayev AzadlıqRadiosunun "Qaynar xətt"inə şikayət edib. Deyir ki, əlil ailəsi kimi ev tikmək üçün torpaq sahəsi əldə etmək məqsədilə 6 ildir döymədiyi qapı qalmayıb. Müvafiq qurumlara müraciət etsələr də, onlara torpaq sahəsi ayrılmır:

"Sovet dönəmində atama müharibə əlili kimi Hövsan qəsəbəsində ev verilib. Həmin evdə bir bacı, iki qardaş və valideynlərimiz yaşayıb. Hazırda da qardaşımla bacım həmin evdə yaşayırlar. Atam, anam gözdən əlildir. Mən isə ailə qurub evdən çıxmışam. Çünki ailə böyüdükcə darısqal evdə yaşamaq mümkün deyildi. Hazırda həyat yoldaşımla Maştağada şəraitsiz, qışda kanalizasiya suları dizə qədər çıxan bir evdə yaşayıram. Yaşadığımız ev xəstəlik mənbəyidir. Orda uşaq dünyaya gətirib böyütmək də təhlükəlidir. Ancaq onu da deyim ki, həmin evi də bizə bir tanışımız müvəqqəti verib. Ordan hara gedəcəyimizi bilmirik. Yeganə ümidimiz odur ki, anama da gözdən əlil kimi torpaq sahəsi ayrılsın, biz gedib orda ev tikib yaşayaq. Bunu da etmirlər. Son 4 ildə müraciət etmədiyimiz dövlət qurumu qalmayıb, ancaq müsbət cavab almamışıq".

İCRA HAKİMİYYƏTİ MƏSƏLƏNİ BƏLƏDİYYƏ İLƏ HƏLL ETMƏYİ MƏSLƏHƏT GÖRÜR

Sabunçu rayon İcra Hakimiyyəti əlil ailəsinə torpaq problemini bələdiyyə ilə həll etməyi məsləhət görür. İcra hakimiyyətinin ümumi şöbəsindən bildirdilər ki, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması yalnız açıq torpaq hərracları və ya müsabiqələr yolu ilə həyata keçirilir. Əli Babayev də torpaq sahəsini yalnız bu yolla əldə edə bilər.


BƏLƏDİYYƏ İSƏ BAŞQA ÜNVANA GÖNDƏRİR

Bələdiyyədən isə bildirdilər ki, Əli Babayev, yaxud onun gözdən əlil anası müsabiqə və hərrac üçün müraciət edib, fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ala bilərlər. O ki qaldı onların əlil ailəsi kimi torpaq sahəsi ayrılması tələblərinə, bütün kateqoriyadan olan vətəndaşlara torpaq sahəsi yalnız hərrac yolu ilə satılır.

Hüquqşünas Fuad Hacıyev də qanunvericilikdəki son dəyişikliklər əlillərə pulsuz torpaq sahəsi ayrılmasını mümkünsüz edir. Ancaq torpaq hərracında əlillərə bəzi güzəştlərin mövcud olduğunu da deyir:

"2007-ci ilin dekabrın 1-dən Azərbaycanda torpaq sahələri vətəndaşlara yalnız hərrac vasitəsilə satılır. Hərracda müəyyən start qiymət müəyyənləşdirilir, sonradan bu qiymət müraciət edənlərin sayından asılı olaraq qalxa da bilər. Pulsuz torpaqla təminatdan isə söhbət gedə bilməz. Ailədə 2 nəfər əlildirsə, onların haqqı var ki, müraciət etsinlər bələdiyyəyə, bələdiyyənin də borcudur ki, torpaq hərracı keçirilərkən birinci növbədə əlili xəbərdar etsin ki, əlil hərracda iştirak etsin".

Hüquqşünas deyir, pulsuz torpaq verilməsə də, əlil olduğuna görə həmin alıcıya hərracda qiymət məsələsində müəyyən güzəştlər edilə bilər.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG