Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:28

-

«Bakı Avropa Oyunları əslində insan hüquqlarının ifadəsinə verilən bir töhfədir. Bunun müqabilində isə biz özünü «insan hüquqlarının müdafiəçisi» adlandıran bəzi təşkilatların Avropa Oyunlarını məqsədyönlü əks-təbliğat və siyasi təzyiq obyektinə çevirmək cəhdlərini görürük. Bununla da bu təşkilatlar özlərinin əsl simasını sübut edirlər».

Bunu Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev apa-ya müsahibəsində bildirib.

Hikmət Hacıyev deyib ki, idman siyasətdən kənardır, idmanın siyasiləşdirilməsi və ya siyasi möhtəkirlik obyektinə çevrilməsi qəbuledilməzdir:

«BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində 2014-cü ildə dünya dövlətləri tərəfindən yekdilliklə qəbul edilmiş qətnamədə Bakıda keçiriləcək Avropa Oyunlarının əhəmiyyəti vurğulandığı halda, bəzi QHT-lərin bu cür fəaliyyəti dünya birliyinin iradəsinə hörmətsizlikdir».

XİN sözçüsü bildirib ki, Bakı-2015 Avropa Oyunları ümumbəşəri xoş məramlara xidmət edir:

«Avropa Oyunlarına qarşı əks-fəaliyyət aparan dairələr də çox gözəl başa düşürlər ki, bu mötəbər tədbirdən sonra Azərbaycan uğurlu inkişaf strategiyasının davamı olaraq, beynəlxalq nüfuzu və çəkisi baxımdan tamamilə yeni bir mərhələyə qədəm qoyacaq».

Birinci Avropa Oyunları iyunun 12-dən 28-dək Bakıda keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG