Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:36

M.Qurbanlı: "Azərbaycanda hansısa dini qrup Avropa Oyunlarına xələl gətirə bilməz"


Mübariz Qurbanlı

Mübariz Qurbanlı

"Azərbaycanda dini baxımdan sabitlikdir, ona görə də hansısa dini qrup və ya cərəyanın qarşıdan gələn Avropa Oyunlarına xələl gətirmə ehtimalı yoxdur".

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, ölkədə dini radikallığın ayrı-ayrı elementləri nəzərə çarpsa da, bu, ictimai, siyasi və mənəvi həyata təsir edə bilmir.

Mübariz Qurbanlı Avropa Oyunlarının Azərbaycan üçün tarixi, psixoloji, siyasi, iqtisadi və mənəvi əhəmiyyəti olduğunu bildirib.

Oqeyd edib ki, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bizi istəməyən hansısa dairələrə, o cümlədən Azərbaycanla düşmənçilik edən Ermənistan və erməni lobbisinə qarşı ideoloji əhəmiyyət kəsb edən bir hadisədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG