Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:46

İslam Dövləti yaraqlıları mayın 7-də İraqda hökumət qüvvələrinin nəzarətində olan neftayırma zavoduna hücuma keçiblər.

İraq rəsmiləri hökumət qüvvələrinin ağır döyüşlə üzləşdiyini deyirlər.

Baiji zavodu Bağdadın 200 kilometrliyində yerləşir.

Bu zavod neçə aylardır ki, yaraqlıların mühasirəsindədir.

Zavodun mühasirəsi ötən ilin sonlarında yarılsa da, yaraqlılar yenidən hücuma keçərək müəssisəni mühasirəyə alıb və bəzi nöqtələrdə hətta içəriyə girə biliblər.

İraq hərbçiləri onların içəridəki evlərdə möve tutduqlarını deyirlər.

Hazırda İraq və Suriyanın bir sıra bölgələri İslam Dövləti qrupunun nəzarətindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG